Cümə, 5 Sentyabr, 2025

“YURDUMUZA BAHAR GƏLİR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsi


  • Dərc edildi: 12 Fevral, 2021 - 20:00
“YURDUMUZA BAHAR GƏLİR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət hissini aşılamaq və milli bayramımız olan Novruzun daha dərindən dərk olunması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə ənənəvi “YURDUMUZA BAHAR GƏLİR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsi elan edilir. Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəkiYurdumuza bahar gəlirafişasına toxunmaq və ya http://xsm.az/site/yurdumuzabahargelir/ linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil edib göstərilən anketi doldurmaqla qeydiyyatdan keçmək tələb olunur.   Qeydiyyat 2 mart 2021-ci ilədək aparılacaq.

  • Seçim üç yaş kateqoriyası üzrə keçiriləcək:
  • 12 yaşa qədər, 12-17 yaş arası, 17-21 yaş arası
  • Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
  • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
  • Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.
  • I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqlar.
Müsabiqə seçimlərindən narazı olan iştirakçılar (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində [email protected] mail adresinə müraciət edə bilərlər. Təşkilat komitəsinin təyin etdiyi müəyyən bir zamanda gəlib seçim komissiya üzvünün nəzarətində özünü təsdiq edə bilər. Mükafatlandırma fondu
  • Ən fəal 1 tədris müəssisənin kollektiv sərgisi
  • Seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar. Qeyd: Tədbir “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri aradan qaldırılarsa adi qaydada əks təqdirdə onlayn davam etdiriləcəkdir. Mətbuat dəstəkçiləri: Azərtac, LiderTV, Olaylar, Mədəniyyət qəzeti, Edumap, Eduonline.az, Frame.az və Tanışolaq jurnalıdır.   Sərgi Xətai Sənət Mərkəzində keçiriləcəkdir.   Ətraflı: http://azgallery.az/az/announce/165 https://xsm.az/site/tedbirler/  

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...