Cümə, 5 Sentyabr, 2025

Zəka fırtınası - Proqramlaşdırma Təlimləri


  • Dərc edildi: 21 Fevral, 2018 - 19:44
Zəka fırtınası - Proqramlaşdırma Təlimləri

Əziz gənclər! Əgər sizi “Proqramlaşdırma nədir?”, “Dünya üzrə hansı proqramlaşdırma dilləri mövcuddur?”, "Proqramlaşdırma ilə bağlı müasir mövqelər necədir?" kimi suallar maraqlandırırsa, o zaman hər birinizi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçiriləcək "Zəka fırtınası" adlı proqramlaşdırma təlimlərinə dəvət edirik. Layihə çərçivəsində iştirakçılar gənc peşəkar təlimçilərin dəstəyi ilə proqramlaşdırma, alqoritmik düşüncə, müxtəlif proqramlaşdırma dilləri arasındakı fərqlər və s ilə tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparacaqlar. İştirakçılar layihə müddətində həmçinin qrup şəklində işləmə, qrupun idarə edilməsi, informasiya mubadiləsinin aparılması və liderlik qabiliyyətlərini inkişaf etdirmə şansını da əldə edəcəklər. Layihə 25.02.2018-ci il tarixindən (bazar günü) başlayaraq hər həftənin bazar günü olmaqla 3 həftə davam edəcəkdir. Təlimlər "Loqos" Psixoloji və Nitq İnkişafı Mərkəzinin Azadlıq filialında (Azadlıq metrosu yaxınlığı) həyata keçiriləcəkdir. Təlimin mövzusu və təlimçi haqqında ətraflı məlumatlar növbəti günlərdə geniş şəkildə paylaşılacaq. Layihədə ixtisasından asılı olmayaraq proqramlaşdırmaya marağı olan bütün tələbələr və yuxari sinif şagirdləri iştirak edə bilər. Müraciət etmək istəyən gənclər özləri haqda aşağıdakı məlumatları [email protected] emailina göndərərək qeydiyyatdan keçə bilərlər: 1. Ad, soyad, ata adını 2. Təhsil aldığı (bitirdiyi) ali (orta) məktəbin tam adını 3. İxtisasını (varsa) 4. Əlaqə nömrəsini (mobil) 5. Layihədən gözləntilərini (100 sözdən çox olmamaq şərtilə) Seçilmiş iştirakçılara bu haqda məlumat e-mail vasitəsilə bildiriləcəkdir, bu səbəbdən e-mailınızı mütəmadi olaraq diqqətdə saxlamağınız xahiş olunur. Qeydiyyat üçün son tarix: 23 fevral, saat 23:59-dur. Təlimlərdə iştirak ödənişsizdir. Təlim zamanı yarana biləcək yorğunluğu aradan qaldırmaq üçün çay-kofe fasiləsi nəzərdə tutulmuşdur. Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar və həmçinin iştirakçılara maraqlı hədiyyələr təqdim olunacaqdır. Layihə rəhbəri: Həbib Sadıqlı Əlaqə üçün: [email protected] Tərtibatçı-dizayner: Pakizə Paşayeva

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...