Bazar, 18 May, 2025

2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı


  • Dərc edildi: 11 Dekabr, 2020 - 13:58
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı

Macarıstan 2021-2022-ci tədris ili üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub. Təqaüd proqramına sənəd qəbulu 15 yanvar 2021-ci il saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz. ============================ Ümumi məlumat Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan Respublikasının vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün aşağıdakı çərçivə əsasında təqaüd ayrılacağı nəzərdə tutulmuşdur: - tam bakalavriat və magistratura təhsil proqramları üzrə  kənd təsərrüfatı, su idarəetməsi - 10 təqaüd;  təbiət elmləri, davamlı inkişaf - 20 təqaüd,  turizm - 10 təqaüd;  səhiyyə elmləri – 5 təqaüd;  beynəlxalq münasibətlər – 5 yer;  mühəndislik, informasiya texnologiyaları, texnologiyalar - 75 təqaüd;  iqtisadiyyat, biznes və idarəetmə elmləri - 50 təqaüd. - doktorantura təhsili üzrə  istənilən maraq dairəsi üzrə - 25 təqaüd. İxtisaslara dair ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz. Qeyd: Macarıstan tərəfinin elektron ərizə sistemində müqavilədə göstərilən ixtisas istiqamətlərinə uyğun olmayan ixtisaslar (beynəlxalq münasibətlər, hüquq, memarlıq və s.) olduğunu nəzərə alaraq bildiririk ki, müsahibə mərhələsində iştirak hüququnu ancaq İş proqramında qeyd edilən (yuxarıda verilmiş) ixtisas istiqamətləri üzrə müraciət edən iddiaçılar əldə edə biləcəklər.   Maliyyələşmə Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir: Macarıstan tərəfindən: - ödənişsiz təhsil; - universitet yataqxanasında yaşayış; - tibbi sığorta; - aylıq təqaüd Mövcud qanunvericiliyə əsasən, aylıq təqaüd ümumi olaraq aşağıdakı kimi müəyyənləşdirilmişdir: - Bakalavriat və magistratura proqramları üçün: aylıq 43,700 Macarıstan forinti - Doktorantura proqramları üçün: təlim və tədqiqat dövründə aylıq 140.000, dissertasiya dövründə isə aylıq 180.000 Macarıstan forinti. Diqqət!: Təhsil yerinə gediş-gəliş xərcləri tələbələrin özləri tərəfindən qarşılanır. Macar dilində ali təhsilə başlamazdan əvvəl tələbələr bir illik hazırlıq kursu keçməlidirlər. İngilis dilində proqramlar üçün müraciət edən tələbələr ev sahibi təhsil müəssisəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş səviyyədə müvafiq ingilis dili biliyinə malik olmalıdırlar.   Müraciət forması və tarixlər: 1. Təqaüd proqramına müraciət üçün son tarix: 15.01.2021/23:59; 2. Təqaüd proqramına müraciət edəcək iddiaçılar hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidir: 1-ci Macarıstan elektron ərizə sistemi doldurulub təsdiq edilməlidir: https://apply.stipendiumhungaricum.hu/ 2-ci Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət edilməlidir (15.01.2021/23:59-dək): https://app.htp.edu.az/ 3. Hər iki elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar; 4. Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron poçt vasitəsilə bildiriləcəkdir; 5. Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaqdır; 6. Hər bir namizədlə keçirilmiş müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır; 7. Seçim nəticələrinə dair apellyasiya verilməsi nəzərdə tutulmur; 8. Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Macarıstan tərəfinə (TPF) təqdim ediləcəkdir; 9. Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Macarıstan tərəfinə göndərilmiş namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə seçim sıralamasına uyğun olaraq (1,2) göndəriləcəkdir; *Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaqdır. 10.Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir; Qeyd: 2021/22-ci tədris ili üzrə təqaüd qazanmış şəxslər fors-major (xüsusi və gözlənilməz) hallar istisna olmaqla, Təhsil Nazirliyi və Tempus Fondunun razılığı olmadan, təhsillərini növbəti semestrə və ya akademik ilə təxirə sala bilməzlər.   Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər: 1. Bakalavrdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 2 ixtisasa uyğun olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur); 2. İddiaçıların seçdiyi hər bir ixtisas eyni ixtisas istiqaməti üzrə olmalıdır; 3. Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 500 bal toplamalıdırlar; 4. Dövlət İmtahan Mərkəzi (DİM) imtahanlarında iştirak etməyən iddiaçıların attestat və ya orta ixtisas diplomu üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 5 ballıq sistem üzrə 4 baldan, 100 ballıq sistem üzrə isə 71 baldan aşağı olmamalıdır; 5. DİM imtahanlarında iştirak etməyən gənclərin akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 65%-indən az olmamalıdır; 6. Ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura səviyyələrində təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır; 7. Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 69 baldan aşağı olmamalıdır. 8. Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı (bakalavriat təhsil səviyyəsi üzrə IELTS sertifikat balı minimum 6.0 (hər bir alt kateqoriya 5.5-dən aşağı olmamaqla), magistratura və doktorantura səviyyələri üzrə 6.5 (hər bir alt kateqoriya 5.5-dən aşağı olmamaqla) və ya digər sertifikatların bu göstəriciyə ekvivalentini təşkil etməlidir; 9. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcəkdir; 10.“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (...dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlə   Tələb olunan sənədlər: 1. Macarıstan təqaüd proqramı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizələrinin (təsdiqlənmiş) surətləri (müsahibə mərhələsi üçün). 2. Avropa İttifaqı CV nümunəsində (Europass format) doldurulmuş CV (namizədin şəkli əlavə olunmalı, təhsil almaq üçün müraciət etdiyi dildə və ya ingilis dilində hazırlanmalı); 3. Təhsil alacağınız ixtisas və Macarıstanda təhsillə bağlı məqsəd və gözləntiləriniz barədə minimum 1 səhifədən ibarət qısa xülasə (Times New Roman 12 şrifti ilə ingilis və ya macar dilində yazılmış); 4. Xarici dil sertifikatı; 5. Təhsil sənədləri (ingilis və ya macar dilində notarial qaydada tərcümə və təsdiq olunmuş) a. bakalavriat təhsil səviyyəsi üçün: orta təhsili bitirmə haqqında sənəd (attestat); b. magistratura təhsil səviyyəsi üçün: bakalavr diplomu və transkript; c. doktorantura təhsil səviyyəsi üçün: bakalavriat və magistratura diplomu və transkriptlər; Qeyd: I-II təhsil illərində təhsil alan şəxslər təhsil aldıqlarına dair müvafiq arayış və transkript təqdim etməlidirlər. QEYD: Sadalanmış ali təhsil sənədlərindən hər hansısa birini (bakalavr və ya magistr diplomu) namizəd xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənəd təqdim etməlidir. 6. QİÇS, Hepatit A, B, C və ya başqa yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayış (ingilis və ya macar dilində təqdim olunmuş və ya notarial qaydada tərcümə təsdiq olunmuş) Qeyd: 15 Noyabr 2020-ci il tarixindən sonra alınan arayışlar; 7. Şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun surəti; 8. Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd; 9. İki ədəd tövsiyə məktubu;   Doktorantura proqramı üçün müraciət edən namizədlər aşağıdakı sənədləri əlavə olaraq təqdim etməlidirlər: 10.Tədqiqat işi (minimum 2 səhifə, Times New Roman 12 şrifti ilə, təhsil almaq üçün müraciət etdiyi dildə yazılmış). Qeyd: Müsahibə mərhələsinə dəvət olunan şəxslər yalnız Təhsil Nazirliyinin Elektron Ərizə Sisteminə yüklədikləri sənədlərin surətini və hər iki (Macarıstan və Azərbaycan) elektron ərizənin surətlərini gətirməlidirlər. 11. Elmi rəhbərdən müvafiq arayış – (Namizədin qəbul olunduğu ali təhsil müəssisəsində müvafiq “supervisior”dən ona elmi rəhbərlik edəcəyinə dair sənəd əldə olunmalı və aidiyyəti üzrə elektron sistemlərə yükləməlidir). İstisna hallarda aşağıda qeyd olunmuş tələb olunan sənədlərin sonradan göndərilməsi mümkündür: - tam orta təhsili bitirmə haqqında sənəd: tam orta təhsil səviyyəsində sonuncu yarımillikdə təhsil alanlar üçün; - bakalavr diplomu: bakalavriat təhsil səviyyəsində sonuncu semestrdə təhsil alanlar üçün; - magistr diplomu: magistratura təhsil səviyyəsində sonuncu semestrdə təhsil alanlar üçün; Qeyd olunan çatışmayan sənədlər 1 avqustdan gec olmayaraq təqdim olunmalıdır. Diqqət! Sadalanmış sənədlərdən hərbi möhlət hüququnu təsdiq edən sənəd (eyni təhsil səviyyəsi üzrə ikinci dəfə təhsil almaq istəyən namizədlər üçün) və ali təhsil sənədinin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənəd (xarici ali təhsil müəssisələrinin məzunları üçün) Təhsil Nazirliyinin elektron ərizə sistemi üzərindən 30.01.2021-ci il tarixinədək elektron qaydada təqdim olunmalıdır. Qeyd 1: Müraciət edən namizədlərin yaşı 18 yaşdan (01 sentyabr 2002-ci ildən əvvəl doğulmuş olmalıdır) aşağı olmamalıdır (“Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramı”nın tələbinə əsasən, müvafiq tədris ilində 01 sentyabr tarixinə qədər 18 yaşı tamam olmayan Azərbaycan Respublikası vətəndaşları təqaüd proqramına müraciət edə bilməzlər).   Qeyd 2: Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Təhsil Nazirliyinin elektron ərizə sistemi iddiaçılara yalnız bir təqaüd proqramına müraciət etməyə icazə verir. Qeyd 3: Poçt və ya elektron poçt vasitəsilə sənədlərini Təhsil Nazirliyinə göndərən şəxslərin sənədləri nəzərə alınmayacaqdır. Seçim prosesində YALNIZ sənədlərini Macarıstan təqaüd proqramının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemləri vasitəsilə təqdim etmiş şəxslərin sənədlərinin qiymətləndirilməsi aparılacaqdır. Təhsil Nazirliyi ilə əlaqə Təqaüd proqramı ilə bağlı suallarınızı [email protected] elektron poçtuna ünvanlaya bilərsiniz. Mütəmadi verilən suallar barədə keçiddən tanış olmağınız xahiş olunur.   Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Macarıstanda təhsilə dair Mütəmadi Verilən Suallar: 1. Müsabiqədə iştirak üçün necə müraciət etməliyəm? Təqaüd proqramına müraciət edəcək iddiaçılar elanın tələblərinə uyğun olaraq, hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidir: 1-ci Macarıstan elektron ərizə sistemi doldurulub təsdiq edilməlidir: https://apply.stipendiumhungaricum.hu/ 2-ci Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət təsdiq edilməlidir: https://www.app.htp.edu.az/ Hər iki müraciət formasını düzgün şəkildə tamamlamış və müsahibə mərhələsində iştirak üçün əsas meyarlara cavab verən şəxslər müsahibədə iştirak etmələri üçün dəvət olunacaqlar. 2. Hansı ixtisaslar üzrə Macarıstanda təhsil ala bilərəm? Macarıstan ali təhsil müəssisələrində aşağıdakı ixtisas istiqamətləri üzrə təhsil ala bilərsiniz: - tam bakalavriat və magistratura təhsil proqramları üzrə  kənd təsərrüfatı, su idarəetməsi - 10 təqaüd;  təbiət elmləri, davamlı inkişaf - 20 təqaüd,  turizm - 10 təqaüd;  səhiyyə elmləri – 5 təqaüd;  beynəlxalq münasibətlər – 5 yer;  mühəndislik, informasiya texnologiyaları, texnologiyalar - 75 təqaüd;  iqtisadiyyat, biznes və idarəetmə elmləri - 50 təqaüd. - doktorantura təhsili üzrə  istənilən maraq dairəsi üzrə - 25 təqaüd. 3. Təqaüd Proqramında bir təhsil ili üzrə Macarıstan tərəfindən nə qədər təqaüd verilir? Aylıq təqaüd ev sahibi universitet tərəfindən veriləcəkdir. Mövcud qanunvericiliyə əsasən aşağıdakı kimi müəyyənləşdirilmişdir: Bakalavriat və magistratura proqramları üçün: 43.700 Macarıstan forinti Doktorantura proqramları üçün: təlim və tədqiqat dövründə aylıq 140.000, dissertasiya dövründə isə aylıq 180.000 Macarıstan forinti 4. Mən bu il Macarıstanda ali təhsil müəssisəsinə artıq qəbul olmuşam. Təhsilimi dövlət hesabına davam etdirə bilərəm? Hökumətlərarası saziş çərçivəsində tələbələrin müraciət edə bildikləri ixtisaslar sazişə uyğun müəyyənləşdirilmişdir. Təhsilinizi qəbul olduğunuz universitetdə qəbul olduğunuz ixtisas üzrə o halda davam etdirə bilərsiniz ki, həmin ixtisasın saziş çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmuşdur və siz Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən uğurla keçmisiniz. Eyni zamanda, təhsil aldığınız ali təhsil müəssisəsinin adı Macarıstan tərəfindən təqdim olunmuş müvafiq siyahıda yer almalıdır. 5. Hökumətlərarası saziş çərçivəsində Macarıstanda təhsil hansı dildədir? Macarıstan ali məktəblərində tələbələr macar və ya ingilis dilində təhsil ala bilərlər. 6. Macar dilini bilməyən tələbə Macarıstan ali məktəblərində necə təhsil ala bilər? Macar dilində ali təhsilə başlamazdan öncə tələbələr Balassi İnstitutunda bir illik hazırlıq kursu keçməlidirlər. Lakin tələbələr müəyyən səviyyədə ingilis dili biliklərinə sahib olmalıdır. 7. Macarıstan ali məktəblərində ingilis dilində təhsil almaq üçün hansı səviyyədə dil biliyi kifayət edir? Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı (bakalavriat təhsil səviyyəsi üzrə IELTS sertifikatı 6.0 (hər bir alt kateqoriya 5.5-dən aşağı olmamaqla), magistratura və doktorantura səviyyələri üzrə isə 6.5 (hər bir alt kateqoriya 5.5-dən aşağı olmamaqla) və ya digər sertifikatların bu göstəriciyə ekvivalentinə bərabər olmalıdır. 8. Bakalavriat və ya magistratura təhsilimi tam ingilis dilində almışam. Bu halda IELTS və ya TOEFL dil sertifikatı təqdim etməliyəm? Əgər bakalavriat və ya magistratura təhsilinizi (xaricdə və ya Azərbaycanda) tam ingilis dilində bitirmisinizsə, müvafiq sübutedici sənədlər təqdim etdiyiniz təqdirdə, müsahibə mərhələsində iştirak üçün tələb olunan dil biliyi səviyyəsinə dair sertifikat tələbi nəzərə alınmır. 9. Mən IELTS və ya TOEFL imtahan nəticəmi 15 yanvar tarixindən sonra əldə edə biləcəyəm. Sertifikatı həmin tarixdən sonra aidiyyəti üzrə təqdim edəcəyim halda müsahibəyə dəvət edilə bilərəm? Elanda verilmiş şərtlərə uyğun olan IELTS və ya TOEFL imtahan nəticəsi 25 yanvar tarixinədək Təhsil Nazirliyinin elektron ərizə sistemi üzərindən elektron qaydada təqdim olunduğu təqdirdə, digər meyarlara uyğun olaraq, müsahibəyə dəvət oluna bilərsiniz. 10. Mənim SAT nəticəm var, Macarıstan təqaüd proqramına müraciət edə bilərəm? DİM (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən gənclərin akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 65%- indən az olmamalıdır; 11. Macarıstanda təhsilə müraciət etmək üçün lazım olan sənədlərin siyahısını haradan əldə edə bilərəm? www.edu.gov.az internet səhifəsinin elanlar bölməsindən Macarıstan ali məktəblərinə qəbul ilə bağlı tələb olunan bütün sənədlərin siyahısını əldə edə bilərsiniz. 12. Müsahibəyə gələrkən sənədlərin orijinallarını özümüzlə gətirək? Müsahibəyə gələrkən hər iki ölkənin elektron ərizə sisteminə müraciətinizin çap formasını və həmin sistemə yüklədiyiniz sənədlərin surətlərini (eyni olduğu üçün sənədlər 1 nüsxə) özünüzlə gətirməyiniz xahiş edilir. 13. Mən hazırda bakalavriat səviyyəsi üzrə 3-cü kurs tələbəsiyəm. Eyni səviyyə üzrə təhsilimi Macarıstanda davam etdirə bilərəm? Ölkənin yerli ali təhsil müəssisələrində bakalavr səviyyəsində təhsil alan şəxslər təhsilinin 50%-dən çoxunu tamamlamamış olmalıdırlar. 14. Mən bakalavr təhsilimi İqtisadiyyat/Mühəndislik/İnformasiya texnologiyaları və s. ixtisası üzrə almışam. Magistratura təhsil səviyyəsi üzrə hansı ixtisasa müraciət edə bilərəm? Bakalavrdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi ixtisaslara uyğun olmalıdır. 15. Doktorantura səviyyəsi üzrə müraciət üçün ixtisas məhdudiyyəti var? Doktorantura səviyyəsi üzrə ixtisas məhdudiyyəti yoxdur, müvafiq kvota çərçivəsində istənilən maraq dairəsi üzrə müraciət oluna bilər. Lakin, müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 2 ixtisasa uyğun olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur). 16. Hal-hazırda 4-cü kurs tələbəsi olduğum üçün diplom təqdim edə bilməyəcəyəm. Qiymətlərin çıxarışını təqdim etmək olar? Hazırda təhsil aldığınız ali məktəb tərəfindən verilmiş təhsil haqqında arayış və transkripti (fənlər üzrə akademik göstəricilər) təqdim etməklə siz müsabiqədə iştirak edə bilərsiniz. (ingilis dilinə tərcümə əlavə edilməklə). Çatışmayan sənədlər olduğu təqdirdə (diplom, diplom əlavəsi, attestat və s.), onları 1 avqust tarixinədək elektron ərizə sisteminə yükləməlisiniz. 17. Mən DİM (əvvəlki TQDK) imtahanında 390 bal toplamışam, Macarıstan təqaüd proqramına müraciət edə bilərəm? Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 400, digər sahələr üzrə ən azı 500 bal toplamalıdırlar. 18. Mənim 18 yaşım oktyabr ayında tamam olacaqdır. Macarıstan təqaüd proqramına müraciət edə bilərəm? Xeyr. Yalnız qarşıdakı 01 sentyabr tarixinə kimi 18 yaşı tamam olmuş namizədlər Macarıstan təqaüd proqramına müraciət edə bilərlər (“Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramı”nın tələbinə əsasən, müvafiq tədris ilində 01 sentyabr tarixinə qədər 18 yaşı tamam olmayan Azərbaycan Respublikası vətəndaşları təqaüd proqramına müraciət edə bilməzlər). 19. Tələbəyə hərbi xidmətdən möhlət hüququ verilirmi? “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunu”nun 21.1.5-ci bəndinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. Lakin eyni təhsil səviyyəsi üzrə ikinci dəfə müraciət edən şəxslər hərbi bilet və ya hərbi xidmətdən möhlət hüququnu əks etdirən sənədi təqdim etməlidirlər. 20.Təqaüd proqramı çərçivəsində qarşılanan xərclər hansılardır? Macarıstan tərəfindən:  ödənişsiz təhsil;  universitet yataqxanasında yaşayış;  tibbi sığorta;  aylıq təqaüd Qeyd: Tələbələrin beynəlxalq nəqliyyat xərcləri şəxsi vəsaitləri hesabına qarşılanır. 21. Mən bundan öncəki təhsilimi xaricdə bitirmişəm, diplomun və diplom əlavəsinin nostrifikasiyasına dair sənəd təqdim etməliyəm? Bəli, öncəki ali təhsil haqqında sənədin Azərbaycan Respublikası ərazisində tanınmasına/nostrifikasiyasına dair sənəd təqdim etməlisiniz. Müvafiq sənədi əldə etməmisinizsə, ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: https://tkta.edu.az/ 22. Mən Macarıstan təqaüd proqramı çərçivəsində bakalavriat səviyyəsində sonuncu kurs tələbəsiyəm, növbəti səviyyə üçün yenidən Macarıstan təqaüd proqramına müraciət edə bilərəm? Bəli, Macarıstan təqaüd proqramı çərçivəsində sonuncu kursda təhsil aldığınız təqdirdə, növbəti təhsil səviyyəsi üzrə müraciət edə bilərsiniz. 23. Mən bakalavriat/magistratura/doktorantura səviyyəsi üzrə Macarıstan təqaüd proqramı çərçivəsində təhsil almışam. Eyni təhsil səviyyəsi üzrə bu proqrama təkrar müraciət edə bilərəm? Macarıstan təqaüd proqramının tələbinə əsasən, eyni təhsil səviyyəsi üzrə bu proqrama yenidən müraciət etmək mümkün deyildir. 24. Mən dövlət hesabına bakalavriat/magistratura/doktorantura səviyyəsi üzrə təhsil almışam. Eyni təhsil səviyyəsi üzrə Macarıstan təqaüd proqramına təkrar müraciət edə bilərəm? “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (...dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər. 25. Mən bir akademik ildə iki fərqli ölkənin təqaüd proqramına müraciət edə bilərəm? Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. 26. Yalnız attestat balı və IELTS göstəriciləri ilə təqaüd proqramına müraciət edə bilərəm? Xeyr. Müsabiqənin müsahibə mərhələsinə yalnız elanda göstərilən meyarlara cavab verən şəxslər buraxılır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb