Cümə axşamı, 9 Aprel, 2026

Məktəblilər üçün “Peşə Seçiminə Dəstək” layihəsi


  • Dərc edildi: 9 Dekabr, 2020 - 15:04
Məktəblilər üçün “Peşə Seçiminə Dəstək” layihəsi

“Peşə Seçiminə Dəstək” adlı layihəyə start verildi.

Məktəblilərin peşə seçiminə dəstək olmaq, doğru peşəni seçməyə kömək etmək məqsədilə “Peşə Seçiminə Dəstək” adlı layihəyə start verilir.

3 mərhələli şəkildə həyata keçirləcək layihə ümumi təhsil müəssisələrinin 8-10-cu sinif şagirdlərini əhatə edəcək. Layihənin ilkin mərhələsində şagirdlər və valideynlərin məlumatlandırılması, ikinci və əsas mərhələsində isə “Peşə seçimi” testinin keçirilməsi planlaşdırılır.Test şagirdlərin maraqlarını, şəxsi keyfiyyətlərini və bacarıqlarını qiymətləndirərək onlara ən uyğun peşəni seçməyə imkan yaradır. Testi keçən şagirdlər öz psixoloji portretləri ilə tanış olacaq və xüsusi bacarıqlarını ortaya çıxaracaqlar. Testin nəticəsinə əsasən peşə konsultantı şagirdlərə uyğun peşələrin siyahısını, bu peşələrə yiyələnmək üçün müvafiq ali təhsil müəssisələrin adlarını və bu istiqamət üzrə lazımi tövsiyələri verəcək. Bununla yanaşı hər bir şagirdin fərdi qaydada güclü və nisbətən zəif tərəfləri müəyyən ediləcək. Sonuncu mərhələdə isə şagirdlərin zəif tərəflərini inkişaf etdirmək məqsədilə müxtəlif təlimlər təşkil ediləcək. Beləliklə, məktəblilər peşə istiqamətini öncədən müəyyən edərək uğur qazana biləcəkləri sahələrlə tanış olacaq və bacarıqlarını inkişaf etdirirəcəklər.

“Peşə seçiminə dəstək” adlı layihə məktəblilərə tam ödənişsiz olaraq gələcək peşələrini müəyyənləşdirmək imkanı yaradacaq. Bu isə öz növbəsində, ölkəmizdə müxtəlif sahələrdə peşəkar, savadlı və bacarıqlı kadrların yetişməsinə təkan verəcəkdir.

Qeyd edək ki, “Peşə Seçiminə Dəstək” layihəsi bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “PETRONAS”, “MOL”, “LUKOİL”, “NİCO”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “SGC”, “İTOCHU”, “ONGC”, “TOTAL”, “Eni” tərəfindən maliyyələşdirilir. Eyni zamanda, layihə Dərs evi və Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Təhsil Texnologiyaları Mərkəzi (TTM) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihədə 500-dən çox şagirdin iştirakı nəzərdə tutulur.

Ödənişsiz “Peşə Seçimə dəstək” layihəsində iştirak etmək üçün aşağıdaki linkə daxil ola bilərsiniz:

Az:

bit.ly/proftestAZ

Ru:

bit.ly/proftestRU

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...