Nazirlikdən bildirilib ki, 28 May - Respublika Günü və Ramazan bayramı münasibətilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunması və Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədilə mayın 25-28-də adıçəkilən müəssisələrə giriş sərbəstdir.
Müəssisələrin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilir.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb