Cümə, 5 Sentyabr, 2025

Torpaq biomüxtəlifliyi mövzusunda foto və video müsabiqə - Mükafat 500 $


  • Dərc edildi: 25 May, 2020 - 15:13
Torpaq biomüxtəlifliyi mövzusunda foto və video müsabiqə - Mükafat 500 $

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və onun Qlobal Torpaq Tərəfdaşlığı proqramı Qlobal Simpozium çərçivəsində torpaq biomüxtəlifliyi (Soil Biodiversity) mövzusunda foto və video müsabiqə elan edib. AZƏRTAC xəbər verir ki, qaliblər 500 ABŞ dolları məbləğində mükafat qazanacaq. Müsabiqə iki əsas kateqoriyaya bölünür. Hər iki kateqoriya üzrə iştirakçılar mikroskop yaxud istənilən cihazla çəkilmiş yüksəkkeyfiyyətli şəkillər və ya qısa videolar, yavaşladılmış çəkilişlər təqdim edə bilərlər. Hər kateqoriya üzrə 5 seçilmiş finalçıya əlavə mükafatlar veriləcək. Onlar müxtəlif hədiyyələr, sertifikatlar əldə edəcək və onların işləri çap olunaraq Topraq Biomüxtəlifliyi mövzusunda Qlobal Simpozium zamanı FAO-nun foyesində, eləcə də BMT/FAO-nun internet və sosial media səhifələrində nümayiş olunacaq və müsabiqənin qaliblərinə həsr ediləcək xüsusi məqalədə yerləşdiriləcəkdir. Müraciət etmək üçün iştirakçılar əvvəlcə qeydiyyat formasını doldurmalıdır. Materiallar iyunun 30-dək [email protected] elektron ünvanına göndərilməlidir. Müraciətçilər foto/video işlər üzərində müəlliflik hüququna sahib olmalı və müəllifin özü tərəfindən çəkilməlidir. İşlər müsabiqədən qabaq istənilən tarixdə çəkilmiş ola bilər. Əlavə məlumatı fao.org saytından əldə etmək olar.  

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...