Bazar ertəsi, 3 Noyabr, 2025

5 aylıq “100 illiyin Mühasibi” Təlim-Təcrübə Proqramı!


  • Dərc edildi: 13 Fevral, 2018 - 00:25
5 aylıq “100 illiyin Mühasibi” Təlim-Təcrübə Proqramı!

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixində imzaladığı Sərəncamla 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə keçiriləcək tədbirlərə qoşulmaq məqsədi ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi və muhasibat.az saytı “100 illiyin Mühasibi” layihəsini ərsəyə gətirmişlər.

Layihə haqqında ətraflı məlumat:

Layihə çərçivəsində, namizədlər sırasından test və müsahibə əsasında 5 mühasib seçilərək 5 ay ərzində ödənişsiz olaraq həm nəzəri təlim (Maliyyə Elm-Tədris Mərkəzi – 3 ay), həm də praktiki təcrübə( muhasibat.az – 2 ay) keçmək imkanı qazanacaqlar.

Layihənin sonunda iştirakçılara müvafiq sertifikat təqdim ediləcəkdir.

Göstərdikləri nəticələrindən asılı olaraq, layihə iştirakçılarından birinci yerin sahibi layihə başa çatdıqda işlə təmin olunacaqdır, digərləri isə əməkdaşlıq etdiyimiz şirkətlərə tövsiyə ediləcəkdir.

Layihə 01.03.18 – 01.08.18 tarixləri ərzində baş tutacaqdır.

İştirakçılara dair tələblər:

Mühasibat uçotu və audit ixtisası üzrə 4-cü kurs tələbələri, magistrlər və ya həmin ixtisas üzrə ali təhsilini bitirmiş şəxslər;

Komandada işləmək bacarığı;

İntizamlılıq və məsuliyyətlilik;

Bu sosial layihə haqqında daha çox insanı məlumatlandırmaq üçün postu paylaşmalı və mühasibat uçotu üzrə təhsil almış 3 nəfər dostunu işarələməli (tag).

Son gün 19 fevral 2018-ci il

Ətraflı məlumat və qeydiyyat üçün daxil olun!

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 339
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 381
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 53
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 57
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 52
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 223
Dövlət İmtahan Mərkə...