Cümə, 23 Oktyabr, 2026

Dövlət İmtahan Mərkəzində Vakansiya!


  • Dərc edildi: 13 Fevral, 2018 - 01:14
Dövlət İmtahan Mərkəzində Vakansiya!

Dövlət İmtahan Mərkəzində Dövlət qulluğu məsələləri və insan resursları şöbəsi Dövlət qulluğu məsələləri üzrə sektorda məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib

Dövlət qulluğu məsələləri və insan resursları şöbəsi Dövlət qulluğu məsələləri üzrə sektor

Məsləhətçi
Struktur bölmə: Dövlət qulluğu məsələləri və insan resursları şöbəsi Dövlət qulluğu məsələləri üzrə sektor Vəzifənin adı: məsləhətçi Vəzifə maaşı: 600 AZN Vəzifə təlimatı: İnsan resurslarının idarəedilməsi sahəsində vahid dövlət siyasətinin formalaşmasına və bu siyasətin həyata keçirilməsinə dair təkliflərin hazırlanması; Dövlət qulluğunda insan kapitalı və insan potensialının artırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi; Dövlət qulluğunda insan resurslarının idarəedilməsi problemlərinə dair tədqiqatların aparılmasında iştirak edilməsi, təhlillər və araşdırmaların aparılması; İnsan resurslarının idarəedilməsi sahəsində öyrənilmiş beynəlxalq təcrübənin tətbiqi ilə əlaqədar təkliflərin hazırlanması; Təlim tələbatlarının müəyyənləşdirilməsi və dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi; Ehtiyat kadrların idarə edilməsi işinin təşkil edilməsi və bu sahədə təkliflərin hazırlanması; Dövlət Qulluqçuları Reyestrinin aparılmasında iştirak edilməsi; Dövlət qulluğuna qəbul ilə əlaqədar keçirilən müsabiqə və müsahibələrdə iştirak edilməsi; Vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərə baxılması.
Təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, psixologiya, tarix, politologiya, fəlsəfə, jurnalistika, sosiologiya, dilşünaslıq, filologiya, regionşünaslıq və iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil. Xarici dil bilikləri: İngilis dili-B1; Rus dili-B1. Kompüter tələbləri: MS Windows, MS Office, Internet (orta səviyyədə). Əmək stajı: tələb olunmur. Qeyd: Dövlət qulluğu vəzifələri üzrə BA3, BA4 sertifikatını əldə etmiş namizədlərə, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan vəzifələr üzrə ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslərə üstünlük veriləcək. Dövlət İmtahan Mərkəzində çalışmaq arzusunda olan namizədlər müraciət formasını [email protected] elektron ünvanına 13 fevral 2018-ci il tarixədək göndərə bilərlər.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 538
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...