Çərşənbə, 4 İyun, 2025

Azərbaycan Karyera İnkişaf Forumuna qeydiyyat davam edir


  • Dərc edildi: 6 Dekabr, 2024 - 17:43
Azərbaycan Karyera İnkişaf Forumuna qeydiyyat davam edir

Azərbaycan Karyera İnkişaf Forumu keçiriləcək!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə gələn ay, dekabrın 19-da dördüncü dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçiriləcək.

Forum “Bu günün təcrübəsindən sabahın çağırışlarına!” devizi ilə təşkil olunacaq.

Tədbirdə karyera inkişafı üzrə ölkədə və dünyada olan uğurlu nəticələr, qlobal trendlər və müasir yanaşmalar, təhsildə effektiv öyrənmə və öyrətmə mexanizmlərinin qurulması üçün əsas meyarlar, əmək bazarında tələb olunan və önəmli hesab edilən bacarıqların əhəmiyyəti və inkişafı yolları müzakirə olunacaq.

Forumda karyera məsləhətçiləri, təhsil ekspertləri, dövlət və özəl sektorun nümayəndələri, inkişaf mentorları iştirak edəcək və müxtəlif mövzularda təqdimatlar ediləcək.

“Təhsildən karyeraya: Gələcəyin innovativ həlləri”, “İnnovasiya, əməkdaşlıq və qlobal mobillik” və “İnsan kapitalının inkişafı və təşkilati mədəniyyət” kimi panellərdə yerli ekspertlərlə yanaşı, karyera inkişafı üzrə tanınmış beynəlxalq mütəxəssislərin də iştirakı gözlənilir.  

Ölkəmizdə karyera inkişafının müzakirəsi sahəsində ən qabaqcıl təcrübələrdən sayılan Azərbaycan Karyera İnkişaf Forumunda birgə müzakirələr, sual-cavab sessiyaları və qruplar formatında görüşlər təşkil ediləcək.

Forumuna iştirakçı qismində qatılmaq istəyən şəxslər BURDAKI 
linkindən qeydiyyatdan keçə bilərlər.

⌛Son qeydiyyat tarixi 15 dekabr 2024-cü ildir.

İştirak etmək ödənişsizdir.

◾◾◾◾◾◾◾◾
⚠️⚠️
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz :
WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
WhatsApp Qrupumuz:  https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
Teleqram kanalımız: https://t.me/EduOnlineAz
Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
Facebook kanalımız:
https://www.messenger.com/channel/EduOnline.Az
Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb