Cümə, 5 Sentyabr, 2025

“Fundamental Astronomiya” kitabının təqdimatı keçirilib


  • Dərc edildi: 9 Dekabr, 2024 - 15:44
“Fundamental Astronomiya” kitabının təqdimatı keçirilib

“Fundamental Astronomiya” kitabının təqdimatı keçirilib

 

Dekabırın 7-də Tusi-Bohm Planetariumunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində dünyaca məşhur “Springer Nature” nəşriyyatının çap etdirdiyi “Fundamental astronomy” (Hannu Karttunen, Pekka Kröger, Heikki Oja, Markku Poutanen, Karl Johan Donner) kitabının azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilmişdir. İlk olaraq Həvəskar Astronomlar Cəmiyyəti İctimai Birliyi tərəfindən təqdim edilmiş və müsabiqədə qalib olmuş “Astronomiya olimpiadasının üstünlüyü: Azərbaycan dilində STEM təhsil” adlı layihənin rəhbəri Famil Mustafa tədbir iştirakçılarını salamladı. Yaradılmış bu şəraitə görə Elm və Təhsil Nazirliyinin rəhbərliyinə, kitabın ərsəyə gəlməsində əziyyəti keçən bütün şəxslərə öz dərin təşəkkürünü bildirdi. Daha sonra tədbirə qatılan qonaqlar Bakı Dövlət Universitetinin “Astrofizika” kafedrasının müdiri f.-r.e.n., dosent Kəmalə Alışeva, kafedranın əməkdaşı f.ü.f.d, dosent Xıdır Mikayılov, AMEA-nın müxbir üzvü, Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi f.-r.e.d., professor Əyyub Quliyev, “Həvəskar Astronomlar Cəmiyyəti” İB-nin sədri Faiq Nağıyev çıxış edərək azərbaycan dilinə tərcümə olunmuş bu kitaba böyük ehtiyacın olmasını, onun vacibliyini vurğulamışlar. Qeyd edilmişdir ki, bu kitabdan ali məktəblərdə müəllim və tələbə heyyəti, respublika və beynəlxalq astronomiya olimpiadasına hazırlaşan şagirdlər, həmçinin astronomiyaya marağı olan digər şəxslər faydalana bilərlər. Gələcəkdə bu işlərin davamlı olmasını arzu etmişlər. Tədbirin sonunda layihə rəhbəri tərəfindən qonaqlara kitablar hədiyyə edilmişdir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 232
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...