Cümə axşamı, 9 Aprel, 2026

“Azərbaycan təsviri sənətində qrafika dünən və bugün”- Müsabiqənin yekun sərgisi: “Qrafika 2019”


  • Dərc edildi: 26 Dekabr, 2018 - 19:18
“Azərbaycan təsviri sənətində qrafika dünən və bugün”- Müsabiqənin yekun sərgisi: “Qrafika 2019”

Müasir Azərbaycan incəsənətinin əsas növlərindən olan qrafikanın rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv müraciət etmələrini stimullaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində elan olunmuş “Azərbaycan təsviri sənətində qrafika dünən və bugün” adlı respublika rəsm müsabiqəsinin birinci turu başa çatmışdır. Müsabiqəyə 380-dan çox qrafika və qrafika yönlü əsərlər təqdim olunmuş və 76 əsər seçilərək ikinci turda - sərgi-müsabiqədə iştirak etmək şansı qazanmışdır.

Nəzərinizə çatdırırıq ki, bu əsərlər arasından I, II, III yerlər, həvəsləndirici mükafatlar o cümlədən, qrafikanın müxtəlif texnikaları üzrə nominasiya mükafatları nəzərdə tutulmuşdur. Sərgi 2019-cu il 8-18 yanvar tarixlərini əhatə edəcək və sərgi davam etdiyi müddətcə müxtəlif tədbirlər, o cümlədən, qrafika ustaları ilə görüş, gənc qrafiklərlə görüş,mətbəə işçiləri ilə görüş və s. Nəzərinizə çatdıraq ki, sərginin kataloqunun çapı nəzərdə tutulmuşdur. Sərgidə klassik qrafiklərin, bugünün qrafiklərinin və gənc qrafiklərin əsərləri yer alacaq. Qeyd etmək istəyirəm ki, ən gənc qrafikin 8 yaşı var. Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında yazı dərc olunması nəzərdə tutulub. Müsabiqənin yekun sərgisi “Qrafika 2019” adı altında 2019-cu il 8-18 yanvar Xətai Sənət Mərkəzində tamaşaçıların üzünə açıq olacaqdır.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...