Cümə axşamı, 9 Aprel, 2026

“Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” mövzusunda sərgi


  • Dərc edildi: 26 Dekabr, 2018 - 19:11
“Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” mövzusunda sərgi

2018-ci il, dekabr ayının 28-də, saat 17:00-da Xətai Sənət Mərkəzində “Qızıl Ay” Rəsm Kursunun rəssamlarının “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” mövzusunda sərgisinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sərgi ilə yanaşı “Kids Fashion Design” adlı layihə çərçivəsində dəb nümayişi də keçiriləcəkdir. Layihə zamanı uşaqlar tərəfindən çəkilən moda eskizləri əsasında geyimlər tikildi. Həmin geyimləri təqdim edəcək kiçik modellər eyni zamanda öz geyimlərinin modelyeridir. Sərginin keçirilməsində məqsəd Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləş

məsinə təkan, ən əsas da doğma elə, vətənə - onun tarixinə, bu gününə məhəbbəti aşılamaqdır. Dəb nümayişinin təşkilində isə məqsədimiz uşaqlarda özünüifadə və özünü-təqdimat bacarığını inkişaf etdirməkdir. Uşaqların hazırladıqları geyimlərdə rəng harmoniyası, milli sərvətlərimiz, simvol və atributlarımızdan istifadə edərək qurduqları fantaziya onların şəxsi fikirlərinin təcəssümü olacaqdır. Sözügedən tədbirdə Rəssamlar İttifaqının nümayəndələrinin, memarların, incəsənət xadimlərinin və rəssamların, həmçinin kütləvi informasiya vasitələrinin mənsublarının iştirakı nəzərdə tutulmuşdur. Sərgidə 50-dən çox şagirdin əsərlərinin, 20-dək geyim nümunələrinin nümayişi nəzərdə tutulmuşdur. Sərgidə tədbir iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunacaqlar.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...