Bazar ertəsi, 3 Noyabr, 2025

Bakıda “Bir Peşənin Sirri” Festivalı keçiriləcək


  • Dərc edildi: 27 İyun, 2022 - 07:08
Bakıda “Bir Peşənin Sirri” Festivalı keçiriləcək

Həftəsonunu festival kimi yaşa! Əyləncəli oyunlar; Master klasslar; Hədiyyəli viktorinalar; Müxtəlif peşələrdə özünü sınamaq fürsəti. Peşələrin sirrini birlikdə kəşf edək! Sən də peşəyə gəl, bizmlə öyrən! 2 iyul ⏰12:00-18:00 İçərişəhər/ Qoşa Qala Meydanı Daha Ətraflı: 2 iyul tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə İçərişəhər Qoşa Qala meydanında “Bir Peşənin Sirri” festivalı təşkil olunacaq. Tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir. Festivalda qonaqları Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər gözləyir. Bununla yanaşı tədbir iştirakçıları üçün WorldSkills Azerbaijan platforması çərçivəsində əyləncəli oyunlar, viktorinaların keçirilməsi də nəzərdə tutulub. “Bir Peşənin Sirri” festivalına Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verir. Tədbirin tərəfdaşı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir. Festivalın media tərəfdaşı İctimai Televiziya və Radio Yayımları şirkətidir. Giriş sərbəstdir!

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 339
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 381
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 53
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 57
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 52
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 223
Dövlət İmtahan Mərkə...