Cümə, 5 Sentyabr, 2025

Təqaüdlü və İşlə təmin edən İnformasiya Sistemləri istiqaməti üzrə peşə hazırlığı kursu


  • Dərc edildi: 17 İyun, 2022 - 14:57
Təqaüdlü və İşlə təmin edən İnformasiya Sistemləri istiqaməti üzrə peşə hazırlığı kursu

İnformasiya sistemləri istiqaməti üzrə peşə hazırlığı kurslarının təşkilinə başlanılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “4MAPS Academy” ilə birgə əməkdaşlıq çərçivəsində müasir əmək bazarının tələblərini nəzərə alaraq informasiya sistemləri istiqaməti üzrə peşə hazırlığı kurslarının təşkilinə başlayır. İnformasiya sistemləri üzrə peşə hazırlığına cəlb olunacaq şəxslərə kurs müddəti ərzində Türkiyənin peşəkar müəllim-pedaqoji heyəti tərəfindən Coğrafiya informasiya sistemlərinin (GİS) əsas tətbiqləri, 3D xəritəçəkmə, şəhərsalmada GİS və s. haqqında ətraflı məlumat veriləcək. 3 aylıq kurs müddətində dərslər onlayn formada həftədə 3 dəfə, 2 saat olmaqla bütün mövzuları əhatə edəcək şəkildə tədris olunacaq. Kurs müddəti ərzində tədris türk dilində olacaq. Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək, kursu müvəffəqiyyətlə bitirən şəxslərin ”4MAPS Bilgi Teknolojileri” MMC-də məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək. Qeyd edilən istiqamət üzrə peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyata düşə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 232
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 161
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...