Cümə, 23 Oktyabr, 2026

"Bizimlə OL” layihəsinin mentorluq proqramı yekunlaşıb


  • Dərc edildi: 27 Avqust, 2020 - 04:59
"Bizimlə OL” layihəsinin mentorluq proqramı yekunlaşıb

Mingəçevir, Bərdə, Ağdam, Tərtər və Beyləqan rayonlarında yaşayan tipik və məhdudiyyətli gənclər arasında sosial inklüzivliyin təmin olunmasına və inkişaf etdirilməsinə, məhdudiyyətli gənclərin cəmiyyətdə iştirakçılığının artırılmasına, gənclərin bilik, bacarıqlarının inkişaf etdirilməsinə, daxili potensiallarının üzə çıxarılmasına və gücləndirilməsinə fokuslanmış və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Bizimlə OL” layihəsinin mentorluq proqramı yekunlaşmışdır. İyul və Avqust aylarını əhatə edən mentorluq proqramının əsas məqsədi "Bizimlə OL” layihəsinin təlimlərində iştirak edən 50 tipik və 20 məhdudiyyətli gəncin bilik və bacarıqlarının artırılması, onların daxili potensiallarının gücləndirilməsidir. Nəzərdə tutulmuş 40 saatlıq mentorluq proqramı iştirakçıların öyrənmək istədikləri mövzular əsasında hazırlanmış və təkmilləşdirilmişdir. Mentorluq proqramında gənclərə mütəxəssislər tərəfindən gənclərin iştirakçılığı, psixologiya, sosial teatr, gender, kouçinq, karyera planlaş

dırılması, CV yazılması, müsahibəyə hazırlıq, motivasiya, sosial sahibkarlıq, sosial inkluzivlik, emosional intellekt, natiqlik və s. kimi mövzularda 2 saatlıq informativ və interaktiv onlayn təlimlər keçirilmişdir. Təlimlər zamanı iştirakçılar mövzular barədə yeni məlumatlar əldə etmiş, aktiv iştirak edərək təlimçilər ilə birgə fikir mübadiləsi aparmış və onları maraqlandıran suallara ətraflı cavab əldə etmişlər. Təlimlərdən başqa gənclərlə birlikdə sosial inkluzivlik, inkluziv cəmiyyət, məhdudiyyətli şəxslərin hüquqları mövzusunda qısametrajlı filmlərə baxılmış və müzakirəsi həyata keçirilmişdir. Mentorluq proqramının yekunu olaraq onlayn bağlanış mərasimi təşkil edilmişdir. Bağlanış mərasimində gənclərlə mentorluq proqramının yekun müzakirəsi həyata keçirilmiş, sertifikatlar təqdim edilmişdir. Eyni zamanda məqsədi gənclərin öz regionlarında sosial inklüziv mühitin inkişafına töhfə verməsi olan təşəbbüs qrupunun yaradılması müzakir edilmiş və bu qrupun gələcək fəaliyyət istiqamətləri barədə iştirakçılar öz fikirlərini səsləndirmişlər. #BewithUS #BizimləOL

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 538
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...