Cümə axşamı, 9 Aprel, 2026

Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyent və subbakalavrların nəzərinə!


  • Dərc edildi: 25 Avqust, 2020 - 15:11
Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyent və subbakalavrların nəzərinə!

Abituriyentlər və subbakalavrlar bu gündən etibarən tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin və bəzi ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarında iştirak üçün qabiliyyət imtahanlarına buraxılış vərəqələrini çap edə bilərlər. Ali təhsil müəssisələrinə qəbul üçün 20,21,22,23,24,25,27,28,29,30,31-ci, orta ixtisas təhsili müəssisələrinə qəbul üçün isə 16, 17, 33, 34, 35, 37, 54, 55-ci komissiyalar üzrə buraxılış vərəqələrini çap etmək mümkündür. Abituriyentlər buraxılış vərəqələrini buradan çap edə bilərlər. 26 avqust 2020-ci il tarixindən başlayaraq tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanları keçiriləcək.

Ona görə də kolleclərə qəbul olmaq üçün qabiliyyət imtahanı verəcək abituriyentlərə buraxılış vərəqələrini avqustun 26-dək çap etmələri tövsiyə olunur. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Teatr, kino və xoreoqrafiya sənəti” istiqamətinin 55-Xoreoqrafiya sənəti54-Rəqs müəllimliyi komissiyaları üzrə ifaçılıq fənni imtahanının məzmunu eynidir. Buna görə də abituriyentin ifaçılıq fənni üzrə bu iki komissiyanın hər hansı birində aldığı müsbət qiymət digər komissiyaya (həmin komissiya üzrə də qeydiyyatdan keçibsə) da şamil edilir. 54 və 55-ci komissiyaları (xoreoqrafiya və rəqs müəllimliyi) seçən abituriyentlər qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağ ciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli­ və özləri ilə rəqs paltarı gətirməlidirlər.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 21
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 340
Məktəblilər üçün "FI...