Bazar, 18 May, 2025

Biznes ideyası olanların nəzərinə: “No Code” inkubasiya proqramına qoşularaq startap təsisçisi ol!


  • Dərc edildi: 20 İyul, 2023 - 23:53
Biznes ideyası olanların nəzərinə: “No Code” inkubasiya proqramına qoşularaq startap təsisçisi ol!

İdeyanı məşhur biznes brendinə çevirməyə hazırsan? Elə indi uğur potensialını üzə çıxarmaq zamanıdır! “No Code” inkubasiya proqramına qoşularaq startap təsisçisi olmaq şansını dəyərləndir! İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstək göstərdiyi, “Lotfizadeh Technology Center” tərəfindən təşkil edilən inkubasiya proqramı startapları uğurlu biznesə çevirmək məqsədi daşıyır. 7/24 bütün resurslarla təmin olunan ofis; Peşəkar mentor dəstəyi; Texnoloji alətlərdən ödənişsiz istifadə və bir çox imkanlar səni gözləyir! İdeyanla öz uğur brendini yaratmaq üçün tələs! Ətraflı məlumat və qeydiyyat üçün: İlkin mərhələdə olan Startaplar üçün LTC No-Code İnkubasiya Proqramı LTC No-Code İnkubasiyası erkən mərhələdə olan startaplara kodlaşdırmadan öz bizneslərini qurmaq və miqyasını genişləndirmək imkanı verir ki, bu da sahibkarlara artım və innovasiya üzərində fokuslanmağa şərait yaradır.

Müraciət et

#Startup #Investor #investisiya Proqrama qoşulmağın üstünlükləri və proqram haqqında: “LTC No-Code İnkubasiya proqramı” biznes ideyalarının uğurlu startaplara çevrilməsini hədəfləyir. Layihə zamanı potensiallı və uzunmüddətli perespektivləri əhatələyən ideya sahibləri üçün əlverişli mühit yaradılır. “LTC No-Code İnkubasiya proqramı”nın əsas məqsədi startap müəlliflərinin yeni biznesə başlamaqla bağlı yaranan çətinliklərini və maneələrini aradan qaldıraraq qısa müddət ərzində uğur qazanmalarına dəstək olmaqdır. Layihə 3 aylıq müddəti əhatələyəcək. Fərdi dəstək İnkubasiya proqramlarımız hər bir startap üçün zəruri dəstək istiqamətlərini özündə ehtiva edir. Hədəflənən məqsədlərə çatmaq üçün hər bir layihəyə uyğunlaşdırılmış dəstək modelləri və təlimatlar təqdim olunacaq.   Əməkdaşlıq imkanları Proqramımız müxtəlif sahələrdən və sənayelərdən olan startapları bir araya toplayır. Nəticədə əməkdaşlıq və tərəfdaşlıq üçün yeni imkanlar yaradır.   Startapınızın potensial müştərilərə çıxışı Proqrama qoşulmaq biznes layihənizin əhatə etdiyi sənaye və ya sektorlara, potensial müştərilərə çıxışını təmin edir. Yeni əlaqələr qurmaq və biznesinizi inkişaf etdirmək üçün bu olduqca əhəmiyyətli fürsətdir.   Peşəkar ekspert dəstəyi Üzvlərə startap layihələrini inkubasiya proqramının rəhbər heyəti, təcrübəli mentorlar və mütəxəssislərlə birgə müzakirə etmək imkanları yaradılır. Peşəkar ekspertlərin dəstəyi ideyanızın inkişaf etdirilməsi üçün əvəzsiz təcrübə olacaq.   Zəruri resurslarla təminat Ofis sahəsi, xüsusi mentorluq proqramı, şəbəkələşmə tədbirləri, investisiya imkanları. ####### Startaplar üçün proqramın imkan və üstünlükləri Professional Mentor Dəstəyi No-Code, Low-Code Alətlər LTCy-da Coworking Yerləri Komanda formalaşdırılması Dəstəyi Maliyyəyə Çıxış Partnyorluq Şəbəkələşmə və İşə götürmə Dəstəyi   Sahibkarlıq dünyasına adım atın. İnkubasiya proqramımıza qoşulun və layihənizi reallaşdırın! Modullar 12 həftəlik Fərdi İnkubasiya Proqramı Modul 0 - Proqramla yaxından tanışlıq Modul 1 - Problem və ehtiyacın müəyyənləşdirməsi Modul 2 - Həll yolları / Məhsulun bazara uyğunlaşdırılması Modul 3 - Texniki resurslardan istifadə qaydaları Modul 4 - Rəqabət strategiyası Modul 5 - Şirkətləşmə / Hüquqi işlərin aparılma qaydaları Modul 6 - Startaplar üçün komandanın formalaşdırılması Modul 7 - Məhsul market uzlaşması Modul 8 - Məhsul və xidmətin saytının istifadəyə verilməsi Modul 9 - Satış / Böyümə Modul 10 - Pitch Kanvas Modul 11 - “İnvestor Deck”in hazırlanması Modul 12 - Final Demo Gününə hazırlıq ######   Seçim prosesi 05.06.23 - 22.07.23 - Müraciətlərin qəbulu İlkin baxış-23.07.23 - 25.07.23 26.07.23 - 27.07.23- Müsahibə sessiyası Nəticələrin elan olunması-28.07.23 01.08.23-Proqramın başlaması ###### Seçim Meyarları İdeyasının real və aktual problemi həll etdiyinə inananlar Təklif etdiyi həllin mövcud digər həllərdən fərqli və daha əlverişli olduğunu düşünənlər İdeyasının geniş əhatə dairəsinə malik olacağını əsaslandıra bilənlər Korporativ təcrübəyə malik şəxslər Müraciət et Digər məlumatlar üçün link: https://startup.lotfizadeh.az/az/incubation QEYD: Qoşulmaq üçün sizdən heç bir ödəniş tələb olunmur. İştirak etmək ödənişsizdir!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb