Cümə, 23 Oktyabr, 2026

Hindistanla turizm əlaqələri inkişaf edir


  • Dərc edildi: 20 İyul, 2023 - 14:21
Hindistanla turizm əlaqələri inkişaf edir

  Hindistanla turizm üzrə əməkdaşlıq perspektivləri iyulun 20-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan arasında keçirilən görüşdə müzakirə olunub. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, qarşılıqlı tanıtım tədbirləri, ölkəmizdə Hindistanlı turistləri cəlb edən mədəni-tarixi amillər, son dövrlərdə Hindistanlı turistlərin Azərbaycana səfərlərinin intensivləşməsi, birbaşa uçuşların sayının artırılması məsələləri müzakirə olunub.

Həmçinin qeyd olunub ki, cari ilin avqust ayından etibarən “IndiGo Airlines” aviaşirkəti tərəfindən Hindistandan Azərbaycana birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, 2023-cü ilin I yarımilliyində Hindistandan Azərbaycana 47 670 nəfərdən çox xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1.7 dəfə artım deməkdir. Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur. Hazırda Delhi-Bakı-Delhi istiqamətində "Azərbaycan Hava Yolları" tərəfindən birbaşa uçuşlar həyata keçirilir.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 539
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...