Bazar, 18 May, 2025

Çin Xalq Respublikasında təhsil təqaüdü


  • Dərc edildi: 3 Fevral, 2018 - 19:19
Çin Xalq Respublikasında təhsil təqaüdü

Təqaüd proqramı Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş 10.12.2015-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır. Tədris dili çin dilində olan ixtisaslarda təhsil almaq hüququ qazanacaq tələbələr bir və ya iki il müddətində çin dili üzrə hazırlıq kursu keçməli, ingilis dilli proqramlara müraciət edən şəxslər isə müvafiq dil sertifikatına malik olmalıdır. Proqramda iştirak edən universitetlərin siyahısı ilə keçiddən tanış ola bilərsiniz. İxtisas seçimi üzrə məhdudiyyət tətbiq edilmədiyinə görə, təhsil almaq istədiyiniz ixtisasın müəyyən edilməsi məqsədilə müsabiqədə iştirak edən universitetlərin internet səhifələrində müvafiq məlumatlarla tanış olmağınız xahiş olunur. Nəzərinizə çatdırırıq ki, təhsil müddəti ixtisasdan asılı olaraq bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarında 15 fevral 2018-ci il saat 15:00-dək tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) elektron poçtla [email protected] ünvanına göndərmələri xahiş olunur.  Tələb olunan sənədləri göndərən namizədlərin sənədləri müsahibə meyarlarına uyğun olduğu təqdirdə, onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar;  Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədlərə elektron poçt vasitəsilə bildiriləcəkdir;  Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaqdır;  Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır;  Seçim nəticələrinə dair apellyasiya verilməsi nəzərdə tutulmur; Elektron poçtla göndərilən sənədlərin əslini mütləq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur. Qeyd. Sənədlərini adi poçtla Təhsil Nazirliyinə və ya digər şəxslərə göndərən, eyni zamanda nazirliyin qəbul şöbəsinə şəxsən təqdim edənlərin müraciətləri nəzərə alınmayacaqdır. China-elan-2018

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb