Cümə axşamı, 9 Aprel, 2026

WE CAN, I CAN Sosial-Xeyriyyə Aksiyası


  • Dərc edildi: 3 Fevral, 2018 - 20:18
WE CAN, I CAN Sosial-Xeyriyyə Aksiyası

Sizləri, 4 fevral 16:00-dan 20:30-dək Park Bulvar AVM-də baş tutacaq “We Can, I can” (Biz bacararıq, Mən bacararam) sosial-xeyriyyə aksiyasında iştirak etməyə dəvət edirik. Aksiya Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, “Park Bulvar” AVM, Mərkəzi Qan Bankı və “Qan Donorları Asossasiyası” İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində 2 fevral – Azərbaycan Gənclər Günü ərəfəsində, 4 fevral – Dünya Xərçəng Günündə həyata keçirilir. Aksiyasının əsas məqsədi 4 fevral – Dünya Xərçəng Gününün ölkəmizdə tanıdılması, xeyriyyəçilik fəaliyyətinin təbliği, cəmiyyətimizdə bu xəstəliyə tutulmuş şəxslərə qarşı diqqət yaratmaqdır. Sosial-xeyriyyə aksiyası müddətində siz qan xərçəngindən əziyyət çəkən xəstələr üçün təşkil olunmuş qanvermə aksiyasında iştirak edə bilərsiniz. Aksiya çərçivəsində gənc ifaçıların iştirakı ilə xeyriyyə konsertinin də təşkili nəz�

�rdə tutulub. Qeyd: Qanvermə aksiyasında hamilə qadınlar və aşağıdakı xəstəliyin daşıyıcıları iştirak edə bilməz! - Hepatit B - Hepatit C - AİDS - Malyariya - Vərəm Əgər siz də 4 fevral- Dünya Xərçəng Gününün bir hissəsi olmaq, ehtiyacı olan insanlara yardım etmək, istəyirsinizsə bizə qoşulun və bu günün məqsədinin daha çox insana çatdırılması üçün dəstək olun. Qeyd edək ki, ”Dünya Xərçəng Günü” 2008-ci ildən indiyə kimi hər il fevral ayının 4-də qeyd olunur. “Dünya Xərçəng Günü” çərçivəsində fəaliyyətlər son iki il ərzində “We can, I can” (Biz bacararıq, Mən bacararam) devizi ilə fəaliyyət göstərən kampaniya vasitəsilə koordinasiya edilir. Sözü gedən kompaniya indiyə qədər 166 ölkədən 60 tərəfdaş, 1050 üzv və 3280 nümayəndəni əhatə etmişdir. Vaxt: 04.02.2018, 16:00 - 04.02.2018, 20:00 Əlaqələndirici şəxs: Samir Mehraliyev Vəzifə: Proqram koordinatoru Mobil tel: 077 421 11 40 Tel: 012 440 16 31 Fax: 012 440 16 27 E-mail: [email protected] Ünvan: “Park Bulvar” AVM

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 19
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 18
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 279
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 456
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 108
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 101
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...