Cümə, 5 Sentyabr, 2025

Dövlət Qurumlarında və Gənclər Təşkilatlarında TƏCRÜBƏ PROQRAMI! - QEYDİYYAT


  • Dərc edildi: 20 Oktyabr, 2023 - 14:02
Dövlət Qurumlarında və Gənclər Təşkilatlarında TƏCRÜBƏ PROQRAMI! - QEYDİYYAT

Azərbaycan Respublikasının Gənclər Fondu Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirildiyi 1 noyabr – 31 dekabr 2023-cü il tarixlərində növbəti “Intern Academy” layihəsi elan edilir. Proqramın əsas məqsədi dövlət qurumlarında və gənclər sahəsində fəaliyyət göstərən aparıcı təşkilatlarda öz ixtisasları üzrə təcrübə keçməyə maraqlı olan tələbə və gənc məzunların bilik və bacarıqlarını artırmaq, onların gələcək fəaliyyətlərinə dəstək olmaqdan ibarətdir. Təcrübə proqramı haqqında:

  • Proqramda 130 nəfər gəncin iştirakı nəzərdə tutulmuşdur;
  • Təcrübə proqramı müvafiq sahələrə uyğun bölgü üzrə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində (1 ay), Azərbaycan Respublikasının Gənclər Fondunda (1 ay), Bakı şəhəri və bölgələrdə yerləşən Gənclər Evlərində (2 ay) (“Gənclər evi” sosial xidmət müəssisələri), Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasında (2 ay) və “Azərşəkər” MMC-də (3 ay) keçiriləcəkdir.
  • Təcrübəçilər 1 noyabr tarixindən etibarən 2 həftə ərzində keçiriləcək şəxsi və peşəkar inkişafla bağlı təlimlərə cəlb olunacaqdır;
Təcrübə proqramına aşağıdakı sahələr üzrə müraciətlər qəbul olunur:
  • İnsan resursları
  • Maliyyə
  • Biznesin idarə edilməsi
  • Gənclərlə iş
  • Sosial iş
  • PR
Təcrübə proqramına kimlər müraciət edə bilər?
  • Əsasən yuxarıda qeyd olunan sahələr üzrə bakalavr və ya magistr pillələrində təhsil alan tələbələr, həmçinin yeni məzunlar (son iki il ərzində) və 29 yaşadək olan Azərbaycan Respublikasının vətəndaşları;
  • Bir neçə mövzu üzərində işləməyə və öyrənməyə hazır, bilik və bacarıqlarını artırmağa həvəsli şəxslər;
  • Ümumi orta bilik göstəricisi (GPA) minimum 3.0 olan şəxslər;
  • Namizədlərin təhlil qabiliyyəti və xarici dil biliklərinin olması arzu ediləndir;
  • Yuxarıda göstərilən tələblərə uyğun olan müraciətçilər qeyd olunan qurumlar tərəfindən müsahibəyə dəvət olunacaqlar. Müsahibədə müvəffəqiyyət qazanmış şəxslərlə təcrübə müqaviləsi imzalanacaqdır.
  Təcrübə proqramına necə müraciət etmək olar? Təcrübə proqramına qoşulmaq istəyən şəxslər keçid vasitəsilə (https://forms.gle/kftiBY86Bf2VB5mCA) anket formasını dolduraraq müraciət edə bilərlər.   Son müraciət tarixi: 25 oktyabr 2023-cü il

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 232
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 161
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...