Çərşənbə, 3 Sentyabr, 2025

Ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək


  • Dərc edildi: 23 Oktyabr, 2023 - 09:37
Ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək

*Ölkəmizdə ilk dəfə keçiriləcək Musiqi Forumuna sayılı günlər qaldı* Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində 29-31 oktyabr tarixlərində gerçəkləşəcək forum Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunacaq. Oktyabrın 29-da “Gülüstan” Sarayında tanınmış musiqişünas alimlərin, bəstəkar, dirijor və ifaçıların iştirak edəcəyi forumun açılış mərasimi keçiriləcək. Mədəniyyət ictimaiyyətinin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular üzrə panellər təşkil olunacaq. Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq. Musiqi Forumunda iştirak etmək istəyən şəxslər 26 oktyabr tarixinədək onlayn müraciət forması vasitəsilə (https://culture.az/musiqiforumu) qeydiyyatdan keçə bilərlər. İştirak etmək ödənişsizdir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 60
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 222
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 41
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 132
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 882
2 günlük Lənkəran və...
Lənkəranda Ödənişsiz 3 günlük Düşərgə - Konfrans: "Uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı mübarizə"
04 Avqust, 2025 - 22:12 260
Lənkəranda Ödənişsiz...