Cümə axşamı, 9 Aprel, 2026

"EENCE Citizenship Education Caravan Azerbaijan 2023": layihəsi keçirilib


  • Dərc edildi: 3 Oktyabr, 2023 - 18:48
"EENCE Citizenship Education Caravan Azerbaijan 2023": layihəsi keçirilib

"EENCE Citizenship Education Caravan Azerbaijan 2023": layihəsi öz fəaliyyətini uğurla sona çatdırıb. "Joint Civic Development" platforması və "Youth Advisory Club" təşkilatının təşkilatçılığı ilə həyata keçirilən "EENCE Citizenship Education Caravan Azerbaijan 2023" layihəsi, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş vacib bir təşəbbüs olmuşdur.   Caravan layihəsinin əsas məqsədi, 16-35 yaş arası gənclərə xarici ekspertlərin müxtəlif mövzular üzərində təlimlər təşkil edərək, bölgələr üzrə maarifləndirmənin inkişafını təmin etmək olub. Layihədə Azərbaycan, Belarus, Gürcüstan, Rusiya, Ukrayna və İngiltərədən mütəxəssislər iştirak edərək, öz bilik və təcrübələrini Azərbaycan gənclərinə ötürüblər. EENCE Citizenship Education Caravan Azerbaijan 2023, gənclərin ideya və təcrübələrinin mübadiləsi üçün bir mühit yaratmaqla yanaşı, bölgələrdə inkişafın davamlılığını təmin edib.   Layihə, sentyabrın 3-dən 9-una qədər Bakı, Mingəçevir, Bərdə, Gəncə və Göygöl şəhərlərində təşkil olunmuşdur. Rayonlar üzrə həy

ata keçirilən təlim mövzuları: Bakı - 4 sentyabr: "Vətəndaş təhsili" Mingəçevir - 5 sentyabr: "Social layihələrin menecerləri üçün təlim" Bərdə - 6 sentyabr: "Regionlarda yaşayan qadınların inkişafı" Gəncə - 7 sentyabr: "Az təcrübəli təlimçilər üçün təlim (ToT)" Göygöl - 8 sentyabr: "Sülh və təhlükəsizlik" Yüzlərlə gəncə çata bilən layihə Azərbaycanda həm şəhər, həm də rayon ərazilərində vətəndaş təhsilinin inkişafını təmin etmək üçün mühüm addımlar atmışdır. Qeyd edəkki, layihənin ölkə üzrə koordinatoru Elmurad Məmmədovdur. "EENCE Citizenship Education Caravan Azerbaijan 2023" layihəsi EENCE (Eastern European Network for Citizenship Education) çərçivəsində təşkil edilir. Bu təşkilat 2016-cı ildə qurulmuş və vətəndaşlıq təhsilinin inkişafına dəstək verməklə yanaşı, 100-dən çox təşkilat və mütəxəssisləri birləşdirir. Layihə Federal Agency for Civic Education (Bundeszentrale für politische Bildung / bpb) tərəfindən maliyyələşdirilib və xarici ekspertlərin və təşkilatların dəstəyi ilə həyata keçirilib.   https://youtu.be/kM2DIkuLWMo

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 19
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 18
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 279
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 456
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 108
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 101
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...