Cümə axşamı, 9 Aprel, 2026

“Media savadlılığı səfirləri” - Təlimçilik təlimləri proqramı!


  • Dərc edildi: 3 Oktyabr, 2023 - 17:03
“Media savadlılığı səfirləri” - Təlimçilik təlimləri proqramı!

✅ Əziz dostlar, MİSP təşəbbüsü təlimçilik təlimləri proqramını sizinlə bölüşməkdən məmnundur! MİSP komandası media savadlılığı sahəsində öz bilik və praktiki bacarıqlarını artırmaq, bunu Bakı şəhəri və regionlarda digər gənclərlə bölüşmək istəyən gəncləri “Media savadlılığı səfirləri” proqramına qoşulmağa dəvət edirik. Proqram media savadlılığı üzrə 6 günlük səriştə quruculuğu və təlimçilər üçün təlimlər, daha sonra iki aylıq mentorluq fəaliyyətindən ibarətdir. Mentorluq proqramı müddətində iştirakçılar təlimlər zamanı öyrəndiyi biliklər üzrə faktların yoxlanılması fəaliyyəti ilə məşğul olacaq və komandalar olaraq qısa müddətlik seminarlar vasitəsilə əldə etdiyi bilikəri digər gənclərlə bölüşəcəklər. Eyni zamanda layihənin sonunda təşkilatçıların dəstəyi ilə iştirakçıların təcrübələri əsasında bu sahənin inkişafı üçün strategiya sənədi hazırlanacaq. Proqramda iştirak üçün seçim prosesi onlayn müraciət və müsahibə mərhələlərindən ibarətdir. Layihəyə - media və informasiya savadlılı�

�ı sahəsində marağı olan və bu sahəni digər gənclərlə bölüşmək istəyən; - layihə müddətində təlim və fəaliyyətlərdə aktiv iştirak edə biləcək şəxslər müraciət edə bilər. Layihə çərçivəsində fəaliyyətlər: 1️⃣ Media savadlılığı üzrə 6 günlük səriştə quruculuğu proqramı 21, 22, 23, 27, 28, 29 oktyabr 2023-cü il. Həftə sonu: 15:00-18:00, həftə içi: 18:00-21:00 2️⃣ Təşkilatçılar və mentorların dəstəyi ilə komandalar olaraq faktların yoxlanılması üzrə fəaliyyətlər və 2 günlük seminarların təşkili Noyabr - Dekabr 2023-cü il ⌛️Müraciət üçün son tarix: 07 oktyabr 2023-cü il, 23:59:59. ✅ Müraciət üçün keçid: https://forms.gle/Cska3eZsdXw6Ws4Q9 Qeyd: Bu proqram Avropa İttifaqının maliyyə yardımı ilə hazırlanmışdır. Proqram müddətində baş tutacaq bütün fəaliyyətlər üzrə “MİSP” təşəbbüsü məsuliyyət daşıyır və burada ifadə olunan fikirlər heç bir halda Avropa İttifaqının rəsmi mövqeyi kimi qəbul edilə bilməz. İştirak etmək ödənişsizdir!

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...