Çərşənbə, 3 Sentyabr, 2025

“Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə qeydiyyat başladı!


  • Dərc edildi: 11 Fevral, 2019 - 21:43
“Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə qeydiyyat başladı!

“Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə qeydiyyat başladı! “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən, AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Youth Inc.” Sahibkarlıq Proqramı və “Azerbaijan Public Speaking Competition” (APSC) Platformasının tərəfdaşlığı ilə “Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə start verilir. Layihənin əsas məqsədi sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək olmaqdır. İdeyası, biznesi və ya startapı olan gənclər üçün natiqlik bacarıqlarının formalaşdırılması onların investorlar qarşısında uğurlu çıxış etmələrinə kömək edəcək. Layihə çərçivəsində təlim kursları 4 bölgədə - Bakı, Gəncə, Şəki və Xaçmazda həyata keçiriləcək. İlk olaraq bölgələrdə gənclərə təlimlər keçiriləcək.İştirakçılar təqdimat, natiqlik və ünsiyyət bacarıqları haqqında öyrəndikdən sonra mentorinq mərhələsində iştirak edərək praktiki biliklər əldə edəcəklər. Belə ki, iştirakçılar öz çıxışlarını peşəkar mentorların dəstəyi ilə hazırlayacaqlar. Təlim və mentorinq mərhələləri uğurla başa vurulduqdan sonra bağlanış mərasimi keçiriləcək. Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) “Beynəlxalq Debat Təhsil Assosiasiyası” (IDEA), “Milli Debat Şəbəkəsi” və “Milli Karyera və İşədüzəltmə Assosiasiyası”nın həmtəsisçisi, öz sahəsində dünya lideri olan “Beynəlxalq Biznes İnkubassiya Assosiasiyası”nın (NBIA) Azərbaycandakı tək tərəfdaşı, həmçinin dünyanın 200 ölkəsini əhatə edən “Qlobal Sahibkarlıq Şəbəkəsi”nin (GEN) Azərbaycanda eksklüziv nümayəndəsi, Avropa Gənc Sahibkarlar Asosiassiyasının (JEUNE) tam-hüquqlu üzvü, “Amerika-Azərbaycan Ticarət Palatası”nda (AmCham) təmsil olunan yeganə gənclər təşkilatı, eləcə də 2013-cü ildən etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şuranın üzv təşkilatıdır. Layihədə iştirak üçün qeydiyyatdan keçməyiniz mütləqdir. Qeydiyyat linki: http://sahna.dvc.az Əlaqə vasitələri: 050497 44 55| [email protected] #apsc #sahna #speakout #dvc #ayf #youthinc

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 80
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 225
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 42
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 132
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 883
2 günlük Lənkəran və...
Lənkəranda Ödənişsiz 3 günlük Düşərgə - Konfrans: "Uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı mübarizə"
04 Avqust, 2025 - 22:12 260
Lənkəranda Ödənişsiz...