Cümə, 5 Sentyabr, 2025

Əgər elmi tədqiqatla maraqlanırsınızsa, 3P Workshopu tam sizin üçündür!


  • Dərc edildi: 25 Oktyabr, 2023 - 15:16
Əgər elmi tədqiqatla maraqlanırsınızsa, 3P Workshopu tam sizin üçündür!

  Elmi məqalə necə yazılır? Akademik poster və prezentasiyalar necə hazırlanır? Azərbaycan Neyroelm Cəmiyyəti, 24-26 Noyabr tarixlərində, International Brain Research Organization (#IBRO) partnerliyi ilə, “3P necə effektiv hazırlanır: Paper, Poster, Presentation” mövzusunda workshop təşkil edəcək. Bu workshop Azərbaycanın elmi ictimaiyyətində məlumatların səmərəli təqdim edilməsi və kommunikasiyadakı bilik boşluğunu aradan qaldırmaq məqsədi daşıyır. İnanırıq ki, məqalələrin yazılması (“Paper”), Posterlərin tərtib edilməsi (“Poster”) və təqdimatların keçirilməsi (“Presentation”) bacarıqlarının təkmilləşdirilməsi Azərbaycanda aparılan tədqiqatların keyfiyyətinə müsbət təsir göstərəcək. Bu hibrid təlim elmi ünsiyyət bacarıqlarını və tədqiqatlarının təsirliliyini artırmaq istəyən tələbələr, alimlər və tibb mütəxəssisləri üçün nəzərdə tutulub. Bu workshop-da, həm Azərbaycandan, həm də xarici ölkələrdən dəvət olunan mütəxəssislər təcrübə və biliklərini iştirakçılarla bölüşəcəklər. Daha ətraflı məlumat üçün: https://neuroscience.az/3p/ Qeydiyyat: https://tinyurl.com/3Ptedbir Qeyd 1: Abşeronkənarı bölgələrdən qoşulmaq istəyən şəxslərin səyahət və oteldə qalmaq xərcləri [email protected] motivasiya məktublarını göndərdikləri zaman qarşılana bilər. *Tədbirə qeydiyyat haqqı 25€-dur. Bu məbləğ lunch və coffee-breakləri də əhatə edir. Onlayn qoşulmaq isə, 10€-dur* Qeyd 2: Eduonline.az izləyicilərinə özəl “eduonline2023” promokodunu daxil edərək 10%-lik endirimdən yararlana bilərsiniz. Email: [email protected] Nömrə wp-da: +994(51)5245339

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...