Cümə axşamı, 9 Aprel, 2026

“Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi” layihəsi


  • Dərc edildi: 9 Fevral, 2019 - 16:46
“Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi” layihəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi" layihəsi çərçivəsində təlimlər keçiriləcəkdir. Layihənin əsas məqsədi ərəb dili üzrə tərcüməçi kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan, bu sahədə təhsil alan, işləyən və könüllü fəaliyyət göstərən gənc ərəbdilli tərcüməçilərin biliklərinin artırılmasıdır. “Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi” layihəsi çərçivəsində ərəb dili biliyinə malik tələbə və gənclərə bilik və bacarıqlarının artırılması məqsədi ilə tərcüməçi peşəsinin nəzəri və praktiki biliklər öyrədiləcəkdir.İki ay davam edəcək təlimlər boyunca iştirakçılar peşəkar və təcrübəli tərcüməçilər tərəfindən keçiriləcək təlimlərdə

"Tərcümə peşəsi və peşəkar tərcüməçi", "Mətnə görə tərcümə növləri", "Tərcüməçilərin peşə etikası", "Tərcümədə qarşıya çıxan çətinliklər", "Ərəb dilinin spesifik quruluşu-tərcümə zamanı diqqət edilməli nüanslar", "Sinxron və ardıcıl tərcümə" mövzularını öyrənəcəkdir.Layihənin sonunda iştirakçılar sertifikatla təltif ediləcək.Layihəyə tərəfdaş təşkilat Azərbaycan Ərəbşünaslar Şəbəkəsidir. Layihəyə 18-29 yaş aralığında ərəb dili biliyinə malik tərcümə sahəsində təhsil alan, işləyən və ya könüllü fəaliyyət göstərən gənclər müraciət edə bilər. Layihə fevral-mart aylarını əhatə edir.İştirak ödənişsizdir. Seçilmiş şəxslərlə e-mail vasitəsi ilə əlaqə yaradılacaqdır. Qeydiyyat linki: https://goo.gl/forms/xw1y2wTE9ExFyR8H3

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...