Cümə, 5 Sentyabr, 2025

26 "Sistemli Satış üçün CRM" seminarı


  • Dərc edildi: 9 Fevral, 2019 - 22:17
26 "Sistemli Satış üçün CRM" seminarı

26 "Sistemli Satış üçün CRM" seminarında CRM alətlərin köməyilə satış sisteminin qurulması və balanslaşdırılmış motivasiya sisteminin yaradılması haqqında bəhs ediləcək, satış sistemində yaranan nasazlıqların vaxtında aradan qaldırılması, satış sistemində təkmilləşdirmə yolları haqqında danışılacaq. Vaxt və məkan: Ödənişsiz "Sistemli Satış üçün CRM" seminarı Holiday İnn Otelinin Moskva zalında bazar günü, 10 fevral 2019-cu il tarixində 09.00dan 10.30-dək və 11:30dan 13:00-dək keçiriləcək. Seminar kim üçün nəzərdə tutulub? * Sahibkarlar * İdarəçilər * Kommersiya direktorları * Satış üzrə direktor və menecerlər. Seminarda aşağıdaki mövzulara toxunulacaq: 1. Satışın vəzifələri və məqsədi 2. Proseslərin idarə olunması sisteminin qurulmasına təsir edən faktorlar 3. Satış prosesinin ölçülməsi və idarəolunması üçün istifadə olunan alətlər 4. İstehlakçı potensialı 5. Satış borusu - şirkətin satış siteminin əsası 6. Satışların idarə olunması 7. Satış şöbəsinin motivasiyasının qurulması prinsipləri 8. CRM vasitəsilə satışların idarəolunması Təlimçi haqqında İlham Əfəndiyev Motivasiya, Marketinq və Satış üzrə peşəkar mütəxəssisdir. Son 20 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya tikinti və istehsal şirkətlərində çalışıb. Azərbaycanın ən böyük şirkətlərin Satış, Marketinq və Müştəri Xidmətləri komandaları üçün 1000 saata yaxın təlim keçirib. Çalışdığı müddətdə 10 mln dollarlıq 100-dən artıq böyük və orta həcmli korporativ satış həyata keçirib. İlham Əfəndiyev Azərbaycan, Rusiya və Hollandiyanın aparıcı təhsil ocaqlarında təhsil almışdır. Hal-hazırda o, Təlimçi, Biznes Konsultant və Sahibkar kimi öz fəaliyyətini davam etdirir. Seminarda iştirak üçün şərtlər Seminarda iştirak etməklə siz aşağıdaki üstünlükləri əldə edirsiniz: İştirakçı sayı məhdud olduğuna görə qeydiyyatdan keçənlər arasında seçim aparılacaq və yalnız seçim prosesindən keçənlər seminarda iştirak edə biləcəklər. Seçim turundan keçməklə siz seminarda pulsuz iştirak etmək imkanı əldə edirsiniz. Həmçinin həmkarlarınızla ünsiyyətdə olmaq və yeni əlaqələr qurmaq imkanı əldə edirsiniz. Seminarda iştirak haqqı: 0 AZN Seminarın dili: Azərbaycan Qeydiyyatdan keçin və seminara gəlin!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 270
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 167
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 139
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 891
2 günlük Lənkəran və...