Cümə, 5 Sentyabr, 2025

Karyera planlaması təlimləri, iş axtarışı praktikası - “İş klubu 3” layihəsinə qeydiyyat!


  • Dərc edildi: 27 Sentyabr, 2022 - 22:51
Karyera planlaması təlimləri, iş axtarışı praktikası - “İş klubu 3” layihəsinə qeydiyyat!

“İş klubu 3” layihəsinə qeydiyyat başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən təşkil edilən “İş klubu 3” layihəsinə qeydiyyat başlayıb. Layihə çərçivəsində tələbələr, yeni məzunlar, işsiz və işaxtaranlar əyani olaraq karyera planlaması istiqamətində təlimlərdə iştirak etməklə bərabər, iş axtarışı yollarını praktiki olaraq sınaqdan keçirmək imkanı əldə edəcəklər. Peşəkar ekspertlər tərəfindən iki həftə müddətində iştirakçılara “Karyera planlaması”, “Əmək bazarının tələbləri”, “İş məqsədlərinin təyini”, “Effektiv CV hazırlığı”, “İstək məktubunun yazılma forması”, “Müsahibəyə hazırlıq qaydaları”, “İş axtarış alətləri ilə tanışlıq”, “İş təklifinin analizi” kimi mövzular ətrafında məlumatlar ötürüləcək. Layihənin başlama tarixi: 10 oktyabr 2022-ci il Son müraciət tarixi: 3 oktyabr 2022-ci il Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq. İş Klubu peşəyönümü məsləhət xidmətlərinin hədəf qrupları üçün əlçatanlığını, göstərilən xidmətin keyfiyyətini və öyrənilmiş məlumatların praktiki olaraq sınaqdan keçirilməsinə imkan verən qrup məşğələlərindən ibarətdir. Müraciət etdikdən sonra təshil statusunuz, yaşınız, iş axtarış müddətiniz və qarşılaşdığınız çətinliklər nəzərə alınaraq sizə uyğun yaxın tarixdə açılacaq qrupa dəvət olunacaqsınız. İş Klubunda iştirak vətəndaşlar üçün tamamilə ödənişsizdir və hər kəsin iştirakı mümkündür. DİQQƏT! Xidmətdən yararlana bilməyiniz üçün qeyd etdiyiniz məlumatların doğruluğundan əmin olmağınız lazımdır. Qeydiyyat linki: https://forms.gle/PFgLrVAes6EWZ9ah6

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...