Cümə, 5 Sentyabr, 2025

Sumqayıt şəhərində və Sabunçu rayonunda əmək yarmarkası keçiriləcək


  • Dərc edildi: 28 Sentyabr, 2022 - 14:35
Sumqayıt şəhərində və Sabunçu rayonunda əmək yarmarkası keçiriləcək

İşsiz və işaxtaran şəxslərin nəzərinə! Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının dəstəyi ilə Sabunçu rayon Gənclər Evində və “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin təşəbbüsü və Abşeron-Xızı Regional Məşğulluq filalının dəstəyi ilə Sumqayıt şəhəri əmək yarmarkası keçiriləcək. Tədbirdə Sumqayıt, Abşeron və Xızı üzrə 23 müəssisə tərəfindən 170-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub. “OBA Market” MMC-də qeyd olunan vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər isə göstərilən tarixdə müvafiq ünvana yaxınlaşa bilərlər. ▶️ Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. ➡️ Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür. ➡️ Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaqdır. Yarmarka keçiriləcək ünvan və tarix: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 91A ️ 30 sentyabr, 2022 ⏰ 10:00 – 13:00 Sumqayıt şəhəri, 9 mkr ️ 30 sentyabr, 2022 ⏰ 10:00 #DMA #Yarmarka #İşVar #Vətəndaşyönümlü #MəşğulluğunArtırılması #ƏməkYarmarkası

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...