Cümə, 23 Oktyabr, 2026

Muzey Mərkəzində “Xəzinə” Gəncə rəssamlarının sərgisi keçiriləcək


  • Dərc edildi: 14 Fevral, 2019 - 01:34
Muzey Mərkəzində  “Xəzinə” Gəncə rəssamlarının sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı, Gəncə şəhər uşaq rəssamlıq məktəbinin dəstəyi ilə 2019-cu il fevral ayının 20-də saat 18:00-da Muzey Mərkəzində “Xəzinə” Gəncə rəssamlarının sərgisi keçiriləcəkdir. Layihə Azərbaycanın bədii ənənələri, mədəni irsini, gənc rəssamların bədii inkişafının dəstəklənməsi və formalaşması üçün yaradıcı mühitin yaradılması, bədii yaradıcılığın müxtəlif sahələrində (təsviri və dekorativ-tətbiqi sənət) işləyən gənc perspektivli rəssamların aşkarlanması, onların dəstəklənməsi, region rəssamlarının bədii yaradıcılığına geniş ictimai marağın cəlb olunması, estetik tərbiyə, geniş auditoriyaya regionun diqqətəlayiq dəyərlərini göstərmək, yetişməkdə olan nəsil tərəfindən incəsənətin mədəni dəyərlərinin qavranılması məqsədi ilə həyata keç

irilir. Bəzi fərziyyələrə görə “Gəncə” sözü pəhləvi dilindən “xəzinə” kimi tərcümə edilir. Gəncə Azərbaycanın ən qədim şəhərlərindən olmaqla yanaşı, mədəni irsin xəzinəsi, zəngin təbiət resurslarının, yüksək dəyərlərin beşiyidir. Sərgidə Gəncə rəssamlarının öz prizmasından bu və ya digər dəyərlərə baxışı, münasibəti göstərilir. Sərgidə Gəncə rəssamlarından Nazim Babayev, Akif Hüseynov, Şaiq Məmmədov, gənc rəssamlar Elçin Cəfərov, Məhər Məhərrəmov, Təlatüm Məmmədov və digər rəssamların əsərləri təqdim olunacaqdır. Eyni zamanda, Gəncə Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan bir neçə əsər ekspozisiyaya daxil edilmişdir. Sərginin kuratoru Məhbarə Abbasovadır. Sərgi 20-25 fevral 2019-cu il tarixlərində açıq olacaqdır. Giriş sərbəstdir. Sərginin açılışı: 20 fevral saat 18:00.   Ünvan: Muzey Mərkəzi, Neftçilər pr., 49 Əlaqə tel.: (050) 684 24 92 E-mail: [email protected]

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 538
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...