Çərşənbə, 3 Sentyabr, 2025

“Region gəncləri arasında sağlamlığın fəaliyyətdə təşviqi” layihəsi


  • Dərc edildi: 14 Fevral, 2019 - 01:30
“Region gəncləri arasında sağlamlığın fəaliyyətdə təşviqi” layihəsi

“Region gəncləri arasında sağlamlığın fəaliyyətə təşviqi layihəsi”nə start verilir.   Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gəncləri arasında sağlamlığın fəaliyyətdə təşviqi” layihəsinə qeydiyyat başlayıb. Layihənin keçirilməsində əsas məqsəd regionlarda gənclər arasında düzgün və sağlam psixi inkişafla bağlı maarifləndirmə kampaniyasının başlanılması, gündəlik həyatda rast gəlinən psixoloji problemlər barədə ilkin məlumatların əldə olunması və onların həlli barədə psixodiaqnostik işlərin həyata keçirilməsi və bu bacarıqların formalaşdırılmasıdır. Layihənin əsas vəzifələri isə region gəncləri arasında psixi fəaliyyətin təşviqinin artırılması, Şəkidə psixologiya ixtisası üzrə təhsil alan tələbələrlə Bakıdakı psixologiya tələbələri arasında şəbəkələşmənin yaradılması, onlar arasında psixoloji biliklərin formalaşması işinin təşkili prosesinə həm də gənc psixoloq tələbələrin cəlb olunması və gənc psixoloqlar arasında könüllülüyün təbliğ olunmasıdır. Xatırladaq ki, “Region gəncləri arasında sağlamlığın fəaliyyətdə təşviqi” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibidir. Şəki rayonunda keçiriləcək təlimlərə isə yalnız psixologiya tələbələri qatıla bilər. Layihədə iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını doldurmaq yaxud [email protected] elektron poçt ünvanına ad, soyad, təhsil aldıqları ixtisas və kurs, həmçinin layihə ilə bağlı motivasiyasını yazıb göndərə bilərlər. Qeydyyat forması: https://docs.google.com/forms/d/e/1FAIpQLScdMpuBVv3rhe800Mvg8LsPFyRQlqDKCYd8x7Vo8WTc7wmKPw/viewform?fbclid=IwAR1B4ZXfhVO5nh4YvAwSN7xvIJygPh8ruTgAgZ_W0M8e464HeK1j90aQ_eQ   Müraciət üçün son gün: 16 fevral, 2019-cu il. Seçilən iştirakçılar ilə əlaqə saxlanılacaq.  

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 80
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 225
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 42
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 132
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 883
2 günlük Lənkəran və...
Lənkəranda Ödənişsiz 3 günlük Düşərgə - Konfrans: "Uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı mübarizə"
04 Avqust, 2025 - 22:12 260
Lənkəranda Ödənişsiz...