Cümə, 23 Oktyabr, 2026

"Natiqlik və Nitq Mədəniyyəti" təlimi


  • Dərc edildi: 26 Dekabr, 2018 - 18:53
"Natiqlik və Nitq Mədəniyyəti" təlimi

Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur. Nitq üstünlüyünə malik olmaq istəyirsinizsə bu təlim tam sizin üçündür. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Oxu, Öyrən və Qalib ol" gənclərarası təqdimat yarışması adlı layihənin ilk təlimi - "Natiqlik və Nitq Mədəniyyəti" təlimi 29 dekabr 2018-ci il tarixində saat 11:00 da baş tutacaq. Təlimçi: Canoğlan İlyasov (Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının meneceri, UNFBA təlimçisi) Natiqlik və Nitq Mədəniyyəti təlimi aşağıdakı mövzuları əhatə edəcək: - Natiqlik sənətinin incəlikləri; - Karyeranın artırılmasında natiqliyin rolu; - Nitqin qurulması, jest və mimikalardan istifadə... Təlimdə iştirak ödənişsizdir. Layihə çərçivəsində keçirilən tədbirlərdə iştirak etmiş hər kəsə sertifikat veriləcək. causes Təlim müddəti: 90 dəqiqə (15 dəqiqə - çay fasiləsi) Təlimdə iştirak etmək üçün qeydiyyat linki: https://teqdimatyarishmasi.typeform.com/to/KIiWmn
Ümumi məlumat: Tarix: 29 dekabr 2018 Vaxt: 11:00 Ünvan: İçərişəhər, Böyük Qala 41 ("Bir" Tələbə-Könüllü proqramının təlim zalı)

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 539
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...