Cümə, 5 Sentyabr, 2025

“Növbəti 100 il” adlı rəqəmsal incəsənət müsabiqəsi!


  • Dərc edildi: 13 May, 2023 - 07:06
“Növbəti 100 il” adlı rəqəmsal incəsənət müsabiqəsi!

Azərbaycanın növbəti 100 ilini indi siz təsəvvür edin! Ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş müsabiqədə yaradıcı şəxslərin gələcəyə baxışlarını sərgiləməyə çağrılır.   “Növbəti 100 il” adlı rəqəmsal incəsənət müsabiqəsinə Azərbaycanın gələcəyini təsvir edərək qoşulun, qaliblərdən biri məhz siz olun!

Bu müsabiqəni Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100-cü ildönümünə həsr edilir. O, həyatı boyu vətən adlandırdığımız müasir Azərbaycanı xəyal edib, əzmkarlıqla inşa edərək gələcək nəsillərə ötürüb. Dahi liderin uzaqgörən siyasət və müasir təfəkküründən ilhamlanaraq yaradıcı şəxslər ulu öndərin banisi olduğu müasir Azərbaycanın gələcəyini “Növbəti 100 il” adlı dizayn müsabiqəsində iştirak edərək təsvir etməyə çağırılır.
Müsabiqə şərtləri və qaydaları
  1. Müsabiqədə yaşından, milliyyətindən, ixtisas dərəcəsindən və iş təcrübəsindən asılı olmayaraq, Azərbaycan Respublikasında qanuni şəkildə yaşayan hər bir şəxsin iştirak etməsinə icazə verilir.
  2. "PAŞA Bank" əməkdaşları müsabiqədə iştirak hüquqna malik deyillər.
Müsabiqəyə təqdim edilən bütün əsərlər aşağıdakı meyarlara uyğun gəlməlidir:
  1. Əsərlər müsabiqənin mövzusuna uyğun olmalıdır.
  2. Əsərlərdə Heydər Əliyevin heç bir təsvirindən istifadə edilməməlidir.
  3. Əsərlər rəqəmsal formatda çəkilməlidir. Eskiz, rəsm və ya heykəltəraşlıq kimi fiziki obyektlərin skanerlə çıxarılan surətləri və fotoşəkilləri qəbul edilməyəcək.
  4. Əsərlər hər hansı vizual vasitəni, o cümlədən şablon təsviri və süni intellekt (Sİ) vasitəsilə yaradılmış təsviri ehtiva edə bilər, lakin qiymətləndirmə prosesi əsnasında Sİ ilə çəkilməmiş əsərlərə üstünlük veriləcək. Xəbərdarlıq: Sİ vasitəsilə yaradılmış əsərlər qanuni mənbələrdən əldə edilməlidir və hər hansı müəllif hüququnu və ya əqli mülkiyyət hüququnu pozmamalıdır. Sİ vasitəsilə yaradılmış əsəri təqdim etməklə, iştirakçı təsdiqləyir ki, o, Sİ vasitəsilə yaradılmış məzmunu istifadə etmək üçün qanuni hüquqa malikdir və əsər müəllif hüququnun pozulmasına və ya digər əqli mülkiyyət hüquqlarının pozulmasına dair hər hansı məhkəmə iddiasından azaddır.
  5. Əsərlər 16:9, 9:16 və 1:1 nisbətini ehtiva edən, həcm etibarilə 5 meqabaytdan (MB) böyük olmayan PNG (“Portable Network Graphics”) formatlı fayl kimi təqdim edilməlidir.
  6. Hər bir iştirakçı yalnız bir rəqəmsal incəsənət əsərini təqdim edə bilər.
  7. Yüklənən faylın adında onu yaradan şəxsin adı, soyadı və əsərin adı qeyd olunmalıdır. (Ad-Soyad-Əsərin adı)
  8. Rəqəmsal incəsənət əsərini veb-sayta yükləyərkən ideyanı təsvir edən maksimum 500 sözdən ibarət məzmun əlavə olunmalıdır.
Bütün əsərlər 10 iyun 2023-cü il saat 23:59-dək təqdim edilməlidir. Bu tarixdən sonra təqdim edilən əsərlər müsabiqədə iştirak üçün qəbul edilməyəcək.
Əsərlər aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
  1. İdeya və yaradıcı yanaşma
  2. İdeyanın tətbiqi, texniki icra
  3. Müsabiqənin mövzusuna uyğunluq
Bütün əsərlər rəqəmsal incəsənət və marketinq sahələri üzrə Azərbaycanın aparıcı ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Yuxarıdakı meyarlara uyğun olaraq, qaliblər 1–10 bal sistemi ilə müəyyən ediləcək. İlk üç qalib aşağıda göstərilən mükafatları əldə edəcək:
  1. 1-ci yer: 5000 AZN
  2. 2-ci yer: 3000 AZN
  3. 3-cü yer: 1000 AZN
Əsəri təqdim etməklə iştirakçı:
  1. Əsərin “PAŞA Bank” ASC tərəfindən öz kommersiya fəaliyyətinin təşviqi məqsədləri üçün istifadə edilməsinə;
  2. Əsərin “PAŞA Bank” ASC-nin strukturuna daxil və ya sərəncamında olan hər hansı veb-saytda nümayiş etdirilməsi, həmçinin reklam kampaniyalarında istifadə edilməsi üzrə tam hüquqları “PAŞA Bank” ASC-ə verməyə razılaşır.
Təlimatlara uyğun gəlməyən və ya qeyri-müvafiq məzmun ehtiva edən əsərlər iştirak hüququ qazanmayacaq. Qeyri-müvafiq məzmun dedikdə hər hansı şəxsin və ya şəxslər qrupunun irqi, cinsi mənsubiyyəti, cinsi meyli, dini etiqadı və ya siyasi fikirləri üçün təhqiramiz olan, ayrı-seçkilik yaradan məqamlar nəzərdə tutulur.
Müsabiqə təşkilatçısı öz qərarı əsasında qaydaları dəyişdirmək, müsabiqəni təxirə salmaq və ya əsərləri müsabiqədən kənarlaşdırmaq hüququnu özündə saxlayır.
✅✅✅✅✅✅✅
Azərbaycanın gələcəyini təsəvvür edin!
Rəqəmsal incəsənət müsabiqəsinə qoşulun, gələcək Azərbaycana dair yanaşmanızı təsvir edin və müsabiqədə qalib gəlin.
✅✅✅✅✅✅✅
Ətraflı digər məlumatlar üçün https://contest.pashabank.az veb-saytına keçid edin. #Növbəti100il #GələcəyiTəsəvvürEdin

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...