Cümə, 23 Oktyabr, 2026

Birinci sinifə qəbulla bağlı elektron qeydiyyatdan keçə bilməyən üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb


  • Dərc edildi: 13 May, 2023 - 00:25
Birinci sinifə qəbulla bağlı elektron qeydiyyatdan keçə bilməyən üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

2023-2024-cü dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron sənəd qəbulu ilə əlaqədar alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.   Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər.   Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə 136, 156, 234, Xətai rayonu üzrə 17, 165, Nizami rayonu üzrə 145, 129, Nərimanov rayonu üzrə 82, Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu üzrə 19, Suraxanı rayonu üzrə 76, 114, 279, Qaradağ rayonu üzrə 11

0, 180, 195, 228, 274, 288, Sabunçu rayonu üzrə 74, 128, 130, Səbail rayonu üzrə 163, Yasamal rayonu üzrə 18, Pirallahı rayonu üzrə isə 235 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.   Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.   Həmçinin onlayn alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (050-996-76-63, 050-996-36-62, 050-996-46-68) müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.   Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 16:00-a qədər müraciət edə bilərlər.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 538
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...